Xəbər lenti

"Ordumuz Ali Baş Komandanın “İrəli” əmrini layiqincə icra etdi" - Asim Mollazadə
Siyasət11:20 06.11.2022

"Ordumuz Ali Baş Komandanın “İrəli” əmrini layiqincə icra etdi" - Asim Mollazadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın 44 günlük Qarabağ savaşındakı qələbəsinin 2 ili tamam olur. 2020-ci ildə Ermənistanın növbəti təxribatından sonra sentyabrın 27-də Azərbaycan Ordusu cəbhə boyunca hücuma keçərək 44 gün ərzində işğal altından olan torpaqların əhəmiyyətli hissəsini azad etdi. Bununla da Qarabağda status-kvo Azərbaycanın xeyrinə dəyişdi.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Qaynarinfo-ya bildirib ki, 44 günlük savaşla Azərbaycan xalqı bütün dünyaya işğalla barışmayacağını nümayiş etdirib. 
"Azərbaycan xalqı dünyaya göstərdi ki, o heç zaman işğalla barışmayacaq. Lazım gələcəyi təqdirdə canı və qanı bahasına torpaqlarını işğaldan azad edəcək”, deyə deputat vurğulayıb.
Asim Mollazadə 44 günlük savaşda qələbəni şərtləndirən amillərdən danışarkən bunları deyib:
"Azərbaycan iqtisadiyyatı gücləndikcə, Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təmin edildi. Orduya ciddi diqqət var idi. Təbii ki, bütün bunlarda Azərbaycan Prezidentinin xüsusi rolu var. Ali Baş Komandan Ermənistanın növbəti təxribatına cavab olaraq, "İrəli” əmrini verdi. Artıq vaxt yetişmişdi və Azərbaycan Ordusu Ali Baş Komandanın "İrəli” əmrini layiqincə icra etdi və 44 günə torpaqlarımız işğaldan azad olundu. Artıq bu gün biz qrurula deyə bilirik ki, Qarabağ Azərbaycandır!”.
Deputat əlavə edib ki, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə "Böyük qayıdış”ı təmin etməkdir: 
"Yüzminlərlə soydaşımız yurd-yuvalarına qayıtmalıdır. Bunun üçün işğaldan azad edilən ərazilərdə infrastruktur və digər sahələrdə müəyyən işlər görülməlidir. Bu prosesə start verilib və işlər sürətlə gedir. Ağıllı şəhərlər, kəndlər salınır. Ümidvarıq ki, Azərbaycan qısa müddət ərzində gözəl Qarabağı ən müasir sitandartlara cavab verən bir mərkəz kimi dünyaya təqdim edəcək”.
Aydın