Xəbər lenti

Kimin pensiyası nə qədər artacaq? (YENİLƏNİB)
Ölkə12:31 06.11.2021

Kimin pensiyası nə qədər artacaq? (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn il yaşa, əlilliyə və ailə başçısına itirməyə görə pensiyalarda gözlənilən artımların məbləği müəyyən olunub.
Qaynarinfo xəbər verir ki, bu, Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb.
Rəydə qeyd olunur ki, növbəti il üzrə orta aylıq pensiya məbləğinə dair DSMF tərəfindən təqdim edilmiş məlumatlara əsasən, ilin əvvəlində orta aylıq pensiya məbləği 341,6 manat, ilin sonunda isə bu göstəricinin 24,6 manat və ya 7,2% artaraq 366,2 manat olacağı proqnozlaşdırılır.
Yəni, cari ilin əvvəli ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 40,5 manat (12,2%) artaraq 371,9 manat (2021-ci ildə 331,2 manat), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 38,0 manat (14,6%) artaraq 298, 9 manat (2021-ci ildə 260,9 manat), ailə başçısını itirməyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin isə 34,8 manat (13,2%) artaraq 297,8 manat (2021-ci ildə 263 manat)
15:19
2022-ci ildə orta aylıq pensiya məbləğinin 14,4 manat artaraq, 343,2 manat məbləğinə çatdırılması proqnozlaşdırılır.
"Qafqazinfo” bu barədə Hesablama palatasının "Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinə rəy”inə istinadən xəbər verir.
"Orta aylıq pensiya məbləğlərində nəzərəçarpacaq artımlar 2019-cu ilin sonlarından başlayaraq müşahidə olunmaqdadır. Bu tarixdən pensiya məbləğlərində əsaslı dəyşikliklərin baş verməsi əmək pensiyasının minimum məbləğinin artırılması, orta aylıq nominal əmək haqqının artım tempinin yüksək olması və buna müvafiq olaraq pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, müvafiq kateqoriyadan olan şəxslərin əməkhaqlarının artımı hesabına həmin kateqoriyaya aid edilən və hazırda pensiyaçı olan şəxslərə təyin edilmiş pensiyaların yenidən hesablanması ilə bağlıdır”, - rəydə qeyd olunur.