Xəbər lenti

Orxan Lökbatanlı meyxanadan buna görə uzaqlaşıb
Maqazin 08:42 14.05.2024

Orxan Lökbatanlı meyxanadan buna görə uzaqlaşıb

"Verilişlərdə dedim ki, artıq meyxana demirəm. Səbəblərini də izah etdim ki, mənimlə meyxana deyənlərin bəziləri vəfat etdi, birinin başına iş gəldi və uzaqlaşdı. İnsan bir az təkliyə qapanır. Mənim o kişilərlə illərim olub, 17-18 il az müddət deyil. Elə bir ab-havaya düşürsən ki, hər şey var, amma heç kim yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Rəngarəng səhər" verilişində deyib. Bəzi həmkarlarının ondan incidiyini bildirən sənətçi meyxanadan uzaqlaşmasının səbəbini də izah edib:

"Verilişinizdə meyxanaçıların mənə qarşı küskün olduğunu gördüm. Mən onları heç vaxt aşağılamamışam. Hər zaman demişəm ki, əla meyxana deyirlər, yaxşı istedadları var. Bunu başa düşmək çətindir? 

Rəşad həbs olunduqdan sonra bir il çox vuruşdum, çalışdım ki, mehribanlıq olsun. Allah da buyurur ki, iki nəfərdən biri dəstə başçısı olmalıdır. Ona qulaq asılmalıdır. Demirəm ki, əlini öpməlisən. Heç kimə yol göstərmək fikrim də yoxdur. Sadəcə o birliyi görmədim. Biz bölgələrə meyxana deməyə gedirdik. Həmin bölgənin bir meyxanaçısı Vüqara söz atırdı, mən ondan qabaq durub cavab verirdim. Bu olurdu iş, sağlam rəqabət. Amma indi belə şey yoxdur. Meyxananın vəziyyəti çox pisdir, məni qane etmir. Yaşlı nəsli qınaya bilmərəm, vaxtında əziyyət çəkdilər və bizə təhvil verdilər. Biz də bacardığımız qədər ləyaqətlə bu yerə qədər gətirmişdik".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->