Xəbər lenti

Otilia yerli müğənnilərdən kimləri tanıdı?
Maqazin06:34 30.07.2016

Otilia yerli müğənnilərdən kimləri tanıdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qonaq olan ruminiyalı müğənni Otilia jurnalistlərlə görüşüb. 

Mediaya açıqlamasında Bakıdan söz açıb: "Bu, mənim Bakıya ilk gəlişimdir. Bu vaxta kimi belə gözəl şəhərdə olmadığım üçün təəssüflənirəm. Bu gün vaxt az olduğundan görməli yerləri gəzməmişəm. Amma sabah Bakını gəzməyi düşünürəm".

Müğənni açıqlamasında konsertdəki sürprizlərdən də danışıb: "Öncə onu deyərdim ki, konsertdə, əlbəttə, sürprizlərim, yeni mahnılarım olacaq. Əsas sürprizim isə türk dilində mahnı oxumağımdır. Mən türk xalqını, türk dilini çox sevdiyim üçün mahnını həvəslə oxumuşam.

Bugünkü konsertdə Murat Dalkılıçla duet oxumasaq da, gələcəkdə belə bir fikrimiz var".

Onu da qeyd edək ki, Azərbaycanda solo konsertlə çıxış etmək arzusunda olan Otilia yerli müğənnilərimizdən heç kimi tanımadı.(Primetime.az)

Qaynarinfo.Az