Xəbər lenti

Şou-biznesin ən varlı aşığı danışdı: “Allah Səlimin ağzından eşitsin”
Maqazin08:15 25.08.2022

Şou-biznesin ən varlı aşığı danışdı: “Allah Səlimin ağzından eşitsin”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mənim varım, pulum, sərvətim yoxdu, öz zəhmətim ilə dolanan biriyəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Əli adının şou-biznesin varlı müğənnilərinin siyahısında olmasından danışarkən deyib. Aşıq Əli deyir ki, dolları, manatı hamısı sənətidir:
"Allah Səlimin ağzından eşitsin. Qəlbən varlıyam, amma cibim varlı deyil, kasıbdı. Yəqin məni də varlıların arasında görmək istəyib. İnsan daxilən varlı olsun, elə məsələlər var ki, onu pulla həll etmək olmur. İmkanım var, ya yox, özüm üçündü. Xalqa mənim sənətim maraqlı olsun, pulum yox”.
Qeyd edək ki, Əməkdar artist Səlim Abbasov şou-biznesin varlı müğənnilərinin adını açıqlayıb. Müğənni "Şou-biznesdə bir neçə imkanlı şəxslər var: Ədalət Şükürov, Xəyyam Nisanov. Abbas Bağırovun da yaxşı imkanı var. Bir də Aşıq Əli Tapdıqoğlu", - deyə, Səlim bildirib.
Bahar Rüstəmli