Xəbər lenti

Ozan Akbaba: "Azərbaycana çox gözəl film hədiyyə edəcəyik"
Sənət11:04 30.01.2022

Ozan Akbaba: "Azərbaycana çox gözəl film hədiyyə edəcəyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Prodüser Müşviq Quluzadə ilə birgə Azərbaycana çox gözəl bir film hədiyyə edəcəyik".
Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin məşhur "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialında İlyas Çakırbeyli rolunu canlandıran Ozan Akbaba deyib.
O, qarşıdan gələn günlərdə planlaşdırılan Azərbaycan səfərindən bəhs edib: "Fevralın 3-də Azərbaycana səfər edəcəyik. Yeni layihəmiz "Anka" adlı aksiyon-dram janrında filmdir. Ümid edirəm ki, Azərbaycan tamaşaçısının da marağını cəlb edəcəyik".