Xəbər lenti

Pakistan səfiri Azərbaycan Prezidentinə təşəkkür etdi (FOTO)
Siyasət05:25 29.08.2022

Pakistan səfiri Azərbaycan Prezidentinə təşəkkür etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qardaş Azərbaycanın bu xeyirxah jestini dərin rəğbətlə qarşılayırıq. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik”.
Bu barədə Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye "Twitter” hesabında paylaşım edib.
Diplomat qeyd edib:
"Azərbaycan hökuməti tərəfindən səxavətli dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirik.
Çətin zamanda bu həmrəylik jestini yüksək qiymətləndiririk”.