Xəbər lenti

Pakistan Senatının sədri: “Azərbaycanla birbaşa təyyarə uçuşları turizmi gücləndirəcək”
Siyasət05:51 05.06.2022

Pakistan Senatının sədri: “Azərbaycanla birbaşa təyyarə uçuşları turizmi gücləndirəcək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pakistanla Azərbaycan arasında birbaşa təyyarə uçuşlarının başlanması mühüm hadisədir. Bu, turizmi və insanlar arasında ünsiyyəti gücləndirəcək”.
Qaynarinfo xəbər verir ki, bunları Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani deyib.
Onun sözlərinə görə, Pakistan hökuməti Azərbaycanın Pakistanın Kəşmirlə bağlı mövqeyini dəstəklədiyini təqdirəlayiq hesab edir:
"Pakistan CPEC layihəsini "CPEC ("China Pakistan Economic Coridor” - Çin-Pakistan iqtisadi dəhlizi-red) Mərkəzi Asiya ölkələrində də genişləndirmək istəyir. Çin-Pakistan İqtisadi Dəhliz (CPEC) layihəsi Mərkəzi Asiya ölkələrinə, o cümlədən Azərbaycana regional ticarəti artırmaq üçün Qvadar limanından istifadəyə imkan verir".
Xəyal