Xəbər lenti

Pakistan üçün səkkiz ildən sonra ilk
İdman08:05 17.10.2023

Pakistan üçün səkkiz ildən sonra ilk

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Pakistan Kambocanı qəbul etməyə hazırlaşır.
Qaynarinfo-nun məlumatına görə, bu qarşılaşma Pakistan üçün tarixi məna daşıyır. 
Pakistanın paytaxtı İslamabaddakı Cinnah İdman Stadionu 2026-cı il dünya çempionatının seçmə mərhələsi üçün Kambocanı qəbul edəcək. Pakistan Futbol Federasiyasının (PFF) nümayəndəsi Məhəmməd Yaşal açıqlamasında bu matçın ölkə üçün yeni dövrün başlanğıcı olacağını vurğulayıb. Yaşal son illərdə təhlükəsizlik problemləri və PFF daxilindəki problemlər səbəbindən beynəlxalq oyunlara ev sahibliyi edə bilmədiklərini, 2018-ci il dünya çempionatının seçmə mərhələsində Pakistan - Yəmən matçının təhlükəsizlik səbəbi ilə Bəhreyndə keçirildiyini bildirib.
Pakistan sonuncu dəfə 2015-ci ildə beynəlxalq oyun qəbul edib. Həmin matç Əfqanıstana qarşı olub. 2021-ci ildə baş verən idarəetmə böhranı səbəbindən FİFA Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırıb. Lakin bu, 2022-ci ilin iyununda başa çatıb və PFF FİFA üzvlüyünə qayıdıb. 
Uzun illərdir dünyanın bir çox təşkilatının futbol topu tədarükündə mühüm rolu olan Pakistan 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarının rəsmi futbol toplarını da istehsal edib. Bundan əlavə, ölkədə fəaliyyət göstərən idman avadanlığı istehsalçıları Bundesliqa, Liqa 1 və UEFA Çempionlar Liqası kimi nüfuzlu yarışlar üçün toplar istehsal edirlər. İdman ləvazimatları ixracından illik bir milyard dollar gəlir əldə edən Pakistanın bunun 350-500 milyonunu təkcə futbol toplarından əldə etdiyi bildirilir. Həmçinin qeyd olunub ki, Pakistan 1990-2010-cu illər arasında bir neçə dünya çempionatı üçün xüsusi - əl ilə tikilmiş futbol topu tədarük edib.
Səbuhi Həsənov