Xəbər lenti

Pakistan XİN erməni iddialarına cavab verdi
Siyasət08:50 02.10.2020

Pakistan XİN erməni iddialarına cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pakistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə birgə Ermənistana qarşı Dağlıq Qarabağda savaşmasına dair KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyi açıqlayıb.
Açıqlamada həmçinin Pakistanın Dağlıq Qarabağda təhlükəsizlik vəziyyətinin pisləşməsindən narahatlığı bildirilib:
"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə intensiv atəşə tutması acınacaqlıdır və pislənməlidir. Bu, bütün bölgənin sülh və təhlükəsizliyini poza bilər.  Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır”, - açıqlamada qeyd olunub.
Həmçinin Pakistan Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyi və bunun BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bir neçə qətnaməyə uyğun olduğu vurğulanıb.