Pakistanlı arvadından Bakıdakı səfirliyə şikayət edən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, Abdul Cəfərov (şərti) Fatimə adlı Pakistan vətəndaşı ilə ailə qurub. Lakin qadının evindəki pulu oğurladığından şübhələnib və polisə müraciət edib.
Daha sonra Abdul Pakistanın Azərbaycandakı səfirliyinə şikayət etmək üçün gedib. Orada səs-küy saldığından saxlanılıb.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə Abdul səfirlik nümayəndəsinin ona danışmağa və özünü ifadə etməyə imkan vermədiyindən özündən çıxdığını etiraf edib. O, öz razılığı ilə səfirlik binasını tərk etdiyini və barəsində inzibati həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 100 manat məbləğində cərimə olunub.
Aydın
Şərhlər