Xəbər lenti

“Panaplast” üzlüklü binaların sakinləri etiraz aksiyasına başladılar - VİDEO+FOTO
Ölkə12:41 19.05.2015

“Panaplast” üzlüklü binaların sakinləri etiraz aksiyasına başladılar - VİDEO+FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş verə, 16 nəfərin ölümü, 60-dan çox insanın yaralanması ilə nəticələnən dəhşətli yanğın hadisəsi  fasadı “penoplas”dan olan binaların sakinlərini hərəkətə keçirib. 

Bir çox binalarda sakinlər özləri binanın fasadını bu tez alışan üzlükdən təmizləməyə başlayıblar. Xətai rayonundakı oxşar binaların sakinləri hadisədən bir neçə saat sonra etiraz aksiyası keçirib. Musavat.com-un hadisə yerində olan müxbiri sakinlərin etirazlarını işıqlandırıb. 

50 nəfərdən çox sakin binanın qarşısında toplaşaraq tezalışan plastik üzlüklərin vurulmasına etiraz ediblər. 

Hadisə yerinə FHN-nin əməkdaşları da gəlib. Nazirlik nümayəndəsi sakinlərə “penoplas” üzlüklərin tezliklər  söküləcəyini deyib. Lakin sakinlər bildirib ki, bir müddət öncə binaların bu materialla üzlənəcəyinin dayandırılmasına söz verilsə də hazırda  prosesi davam etdir, üzlənməsi yarımçıq qalan binalara “penoplas” üzlük vurulur. 

Etirazçılar deyir ki, Zığ şosesində baş verən yanğın hadisəsindən 2 minə yaxın imza toplayaraq “penoplas” üzlüklərin sökülməsi ilə bağlı müvafiq icra orqanlarına müraciət ediblər. Lakin binaların fasadı nəinki sökülməyib, yarımçıq qalan binalarda da eyni üzlük vurulub. 

Qaynar.info