Xəbər lenti

Paris-2024: Daha bir təmsilçimiz paralimpiya çempionu oldu
Siyasət 13:01 02.09.2024

Paris-2024: Daha bir təmsilçimiz paralimpiya çempionu oldu

Azərbaycanın daha bir təmsilçisi Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Qaynarinfo xəbər verir ki, T12 kateqoriyasında yer alan paraatlet uzunluğa tullanma növündə çıxış edib.

O, 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal olub. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->