Xəbər lenti

Paris qatarına mindi, Yer üzündən silindi - Tomas Edinson müəmması
Sənət11:05 24.04.2022

Paris qatarına mindi, Yer üzündən silindi - Tomas Edinson müəmması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Luis Le Prinsin adı bu gün demək olar ki, heç birimiz üçün heç bir məna kəsb etmir, lakin 1800-cü illərdə yaşamış bu fransız ixtiraçı əslində incəsənət və əyləncə tarixində çox mühüm yerə sahibdir. Bəs kimdir Luis Le Prins? Onun müəmmalı ölümün pərdəarxası və ondan sonrakı gözlənilməz hadisələr...
Təqvimlər 1890-cı ilin sentyabr ayını göstərirdi. Fransız Lui Le Prinsin Dijondan mindiyi qatar Parisə hərəkət edirdi. Keçmiş kimyaçı və rəssam Le Prins, bu qatar səyahətindən iki il əvvəl ilkə imza atmış və dünyanın ilk hərəkətli filmini çəkməyi bacarmışdı. İki saniyəlik filmdə Le Prins ailəsinin bəzi üzvlərinin o vaxt yaşadıqları İngiltərənin Lids şəhərindəki evlərinin bağçasında gəzişmələri qeydə alınmışdı.
Bu çəkiliş Tomas Edisonun "kinetoqraf" adlı kameraya bənzər bir cihaz icad etmısini dünyaya elan etməzdən üç il əvvəl və Lümyer qardaşlarının ilk kommersiya teatr nümayişindən yeddi il əvvəl baş vermişdi.
Lakin Le Prinsin kino tarixinə verdiyi töhfə tarixin tozlu səhifələrində itdi. Çünki 1890-cı ilin həmin sentyabr günündə Dijondan yola düşən qatar Parisə çatanda Le Prins qatardan düşənlər arasında deyildi. O, bir anda yoxa çıxıb və həmin gündən sonra ondan bir daha xəbər alınmayıb.
Le Prins itkin düşdüyü vaxt çətin günlər yaşayırdı. Bir tərəfdən borc bataqlığında qalmışdı, borc sahibləri hər gün qapısını döyürdü. Digər tərəfdən, isə başda Tomas Edisona olmaqla rəqibləri ona təzyiq göstərirdi.
Le Prinsi Tomas Edinson öldütdürdü, yoxsa intihar etdi?
Belə vəziyyətdə Le Prinsin yoxa çıxması bir çox suallara səbəb olur. Tomas Edison rəqibini öldürə bilərdimi? Yoxsa bu intihar idi? Bəlkə Le Prinsin ona çoxlu borcu olan qardaşı Alfred, borcunu ödəməkdənsə, qardaşını aradan götürməyi seçmişdi?
Luis Le Prins
ABŞ-da aprelin 19-da çapdan çıxan kitab bu suallara cavab axtarır və Le Prinsin həyatına daha yaxından nəzər salır. Müəllif Pol Fişer "Kinofilmləri icad edən adam: vəsvəsə, qətl və filmlərin əsl nağılı” adlı kitabında ətraflı araşdırma nəticəsində Le Prinsin taleyinin necə olduğunu açıqlayır, mühüm nəticələrə gəlir.
Fişere görə, Le Prinsin yoxa çıxmasına görə onun qardaşı Alfred məsuliyyət daşıyır. Müəllif bu iddiasını Alfredin qardaşının itkin düşdüyünü təhlükəsizlik qüvvələrinə bildirməməsi, axtarışlar barədə yalan söyləməsi və o zaman ABŞ-da yaşayan həyat yoldaşını Le Prinsi axtarmaq üçün Fransaya getməkdən çəkindirməsi ilə əsaslandırır. Və onu "Qatil Alfred” adlandırır.
Fişer, "Le Prins, həyatına son qoyacağına işarə edən məktunlar və qeydlər qoymayıb. Dostları və ailəsi onda heç bir ümidsizlik izləri görməyib. Üstəlik, o, gələcək üçün planlar qurmuşdu, Nyu-Yorka səyahət etmək və öz ixtirasını dünyaya tanıtmaq istəyirdi”.
Le Prinsin kino tarixindəki yeri nə idi?
 
Fişerin kitabının ən maraqlı məqamı Le Prinsin ölümü deyil. Geniş araşdırmalara əsaslanan kitab fotoqrafiya tarixindən və onun hərəkətsiz görüntüdən hərəkətli təsvirə keçid cəhdlərindən bəhs etdiyi üçün Le Prinsin həyatı qədər əhəmiyyətlidir. "Ümid edirəm ki, bu kitab kinonun icad edildiyi günlərdə baş verənlər haqqında bizi fərqli düşünməyə vadar edə bilər", deyə Fişer bildirir.
Yazarın anlatdığı bu hekayə fotoqrafiya və kino tarixində əfsanəvi adlarla doludur. Fotoqrafiyanın atalarından biri hesab edilən Luis Daquerre, hərəkətdə olan modellərin fotoşəkilini çəkən ilk şəxs Eadveard Muybridge (obyektlər Muybridgedən əvvəl bir müddət hərəkətsiz dayanmalı idi), Eastman Kodak Şirkətinin qurucusu Corc Eastman və selüloid filmi təkmilləşdirən Con Karbut (Estman daha sonra onu kameralarında istifadə etməyə başladı) bunlardan bir neçəsidir.
Corc Eastman (solda) və Tomas Edison
Hər şeyi dəyişdirən patent qanunları
Bu adları bir-birinin az-çox müasiri hesab etmək olar. Onların hamısı 1840-1890-cı illər arasında texnologiyadakı inanılmaz irəliləyişlərdən bəhrələnən insanlardır. Fotoqrafiyanın, teleqrafın, buxar maşınının, narkozun, telefonun, elektrik işığının və daha çoxunun ixtirası həmin dövrə təsadüf edir.
Fişer, bu sürətli texnoloji tərəqqinin mühüm hissəsinin hərəkətverici qüvvəsinin patent qanunları olduğunu bildirir:
 
"Bir şey ixtira etdiyinizi və bunu ilk edən olduğunuzu göstərə bildiyiniz zaman, o ixtiraya patent ala bilərsiniz və sizin icazəniz olmadan heç kim bu ixtiradan pul qazana bilməz. Hər bir irəliləyiş növbəti irəliləyişə səbəb oldu, çünki hər dəfə yeni yollar açıldı, bunların hər biri pul qazandırırdı".
"Kinofilmləri icad edən adam: vəsvəsə, qətl və filmlərin əsl nağılı” bugünki kinofilmləri mümkün edən texnoloji nailiyyətləri təsvir etməklə yanaşı, diqqəti bu ixtiranın kimə məxsus olduğuna və onun arxasında duran hüquqi məsələlərə yönəldir. Bu, bugünkü kontekstdə ən çox əks-səda verəcək mövzunun əsas hissəsidir.
Çünki sonda hadisə dönüb Tomas Edisonda düyünlənir.
Bu gün də istifadə edilən bir çox cihazın ixtiraçısı olan Tomas Edison, müasir texnologiya şirkətlərinin rəhbərlərinin 19-cu əsrdəki əcdadı idi. Rəqiblərini məğlub etmək üçün qanunlardakı boşluqlardan istifadə etməkdə çox uğurlu olan Tomas Edison bu gün "Donald Tramp və Stiv Cobsun kombinasiyası" adlandırılır.
 
Edisonun hərəkətli görüntü çəkilişlərinə marağının 1888-ci ildən əvvəl başladığı barədə fərziyyələr var. Lakin həmin ilin fevralında Eadveard Muybridgein Qərbi Orangedə Edisonun laboratoriyasına baş çəkməsi şübhəsiz ki, bir önəmli faktor idi. Hərəkətli görüntüləri qeyd edən "zoopraksiskop" adlı cihaz hazırlayan Muybridge, Edisona bu cihazı onun səs yazan fonoqraf cihazı ilə birləşdirməyi təklif edir. Edison bu təklifi "həyəcanlandırcı" adlandırsa da, rədd edir. Sonra o, gələcək ixtiralarını qorumaq üçün 1888-ci il oktyabrın 17-də Patent İdarəsinə "sling" müraciət edir. Müraciətdə "fonoqrafın qulaq üçün etdiyini göz üçün də edəcək bir cihaz" ideyasına istinad edir. Bu cihaz hərəkət edən obyektləri qeyd edəcək və sonra bu qeydi yenidən canlandıracaqdı. Edison öz ixtirasını "kinetoskop" adlandırırdı. Bu söz yunanca "hərəkət" mənasını verən "kineto" və izləmək mənasını verən "skopos" sözlərinin birləşməsidir.
Tarixi dəyişdirə bilmədi
Bir sözlə, Le Prins tək obyektivli kameranın və plyonka çarxlı tək obyektivli kameranın ixtiraçısı olsa da, Edisonun incə qanuni hərəkətləri (bəziləri bunu əxlaqsız hesab edir) nəticəsində onun uğuru qeydlərə düşmədi.
Edisonun patent hiyləsini bugünkü texnologiya şirkətləri ilə müqayisə edən Fişer yazır: "Edisona aid edilən pisliklərin çoxu bugünki böyük korporasiyaların təcrübələrindən heç də fərqli deyil. O, rəqiblərini nüfuzdan saldı, bəzən onlardan oğurluq etdi və tez-tez kiçik rəqiblərini məhkəməyə verdi. Edisonun patent sistemindən istifadə etməsi bir çox cəhətdən bu gün Disney kimi şirkətlərin öz mənfəətləri üçün müəllif hüququ qanunlarından istifadə etmək üçün öz çəkilərindən istifadə etmələrinə bənzəyirdi".
Amma yenə də tarixi dəyişmək mümkün olmadı. Bu gün "Roundhay Garden Scene" kimi tanınan Le Prins tərəfindən çəkilmiş iki saniyəlik videonun məlum olan ən qədim kino çəkilişi olduğu mübahisəsizdir. Fişer bildirir ki, bu görüntü Le Prinsin yeni texnologiya ilə bağlı niyyət və ümidlərinin kiçik göstəricisidir.
"Roundhay Garden Scene” filminə baxanda ağlıma ilk gələn "evdən çəkilmiş çəkiliş” oldu”, deyə Fişer bildirir və davam edir:
"Düşünürəm ki, bu görüntünü bu qədər sevməyimin səbəblərindən biri də budur. Le Prins, əvvəldən filmi insanları birləşdirəcək, xatirələri qoruyacaq və sevdiklərimizi itirdikdən sonra belə xatırlayacaq bir şey kimi görürdü. Səhnə həqiqətən məni vurdu, çünki o qədər məsumluq və kortəbiilik var idi”.
"Le Prins böyük şouların vacib olduğunu bilirdi. Onun ilk ideyalarına sirkdə çəkilişlər və ya Buffalo Billin Vəhşi Qərb Şousu daxildir. Lakin o, ilk film üçün ailəsinin evinin bağçasında gəzdiyi anları çəkməyi seçdi" deyə Fişer yazır.
Le Prinsin çəkiliş apardığı ev bu gün ruhi xəstələrin müalicə və baxım mərkəzi kimi istifadə olunur
Le Prins yaşasaydı...
Fişer, həmçinin Le Prinsin yoxa çıxmasının tarixin gedişatını dəyişdirdiyini ehtimal edir. Necə? Le Prins yoxa çıxandan illər sonra Edison patent müharibələrində qalib gəldi və bir çox başqa şirkətlərlə monopoliya qurdu. Bu monopoliya bütün istehsalçılardan, distribyutorlardan və nümayiş etdirənlərdən lisenziya haqqı almağa başladı. Bu, müstəqil prodüserlərin ABŞ-ın Şərq Sahilindən qaçmasına və yeni yaradılmış Hollivud şəhərində toplaşmasına səbəb oldu. Amma Le Prins sağ olsaydı, hər şey başqa cür olardımı?
"Əgər Le Prins yaşasaydı və ixtirasına nəzarəti itirməsəydi, bu gün Hollivud kimi bir şey olmazdı", Fişer deyir və əlavə edir:
 
"Bəlkə indi kinoteatrının ekosistemi daha sağlam olardı. Çünki Le Prins film kamerasının foto kameralar qədər adi hala gəlməsini istəyirdi. Əlbəttə, çox şey dəyişmədi... Amma yəqin ki, uşaqlar məktəbdə Luis Le Prinsin həyatı haqqında oxuyacaqdılar və kino dünyasının Nyu Yorkda ömrü daha uzun olacaqdı".
Nikola Tesla
Edisonun patent hiyləsinin ən məşhur detallarından biri onun Nikola Tesla ilə münasibətidir. Teslanın son illərdə sürətlə böyüyən pərəstişkarları onu deməyə əsas verir ki, Edisonun serb ixtiraçının ideyalarından istifadə edərək və patentləşdirməklə haqsız üstünlük və reputasiya qazandığını deməyə əsas verir. Bu rəqabətin kökündə demək olar ki, populyar mədəniyyət obyektinə çevrilmiş elektrik enerjisinin yayılması dayanır. Qısa desək, 28 yaşlı Tesla 1884-cü ildə ölkəsindən Nyu-Yorka köçdü və o zaman 37 yaşında olan Edisonun köməkçisi kimi çalışmağa başladı. O zaman Edison öz laboratoriyasını qurmuş və Edison İşıqlandırma Şirkətini işə salmışdı. Bir il sonra Tesla Edisonun yanından ayrılıb, öz işıqlandırma şirkətini qurmaq üçün addımlar atdı. Onun istifadə etdiyi sistem dəyişən cərəyan induksiya mühərrikləri prinsipinə əsaslanırdı. İki nəhəngi bir-birindən ayıran hadisə ABŞ-ın universal elektrik cərəyanı standartının müəyyən edilməsi nöqtəsində baş verdi. Edison ümumi birbaşa cərəyana (DC) üstünlük verdi (və patentləri sayəsində bu sistemdə böyük miqdarda pullar qazandı).
 
Bununla belə, sabit cərəyanın bir dezavantajı var idi: Elektrik stansiyalarından aşağı gərginliyi yüksək gərginlikli ötürücü xətlərə çevirmək və onları uzaq yerlərə ötürmək çox çətin idi. Bu səbəbdən şəhərlərə yaxın çoxlu kiçik elektrik stansiyalarının yaradılması lazım idi. Teslanın alternativ cərəyan (AC) sistemi bu problemi həll etdi. Transformatorlar vasitəsilə gərginliklər qaldırıla və endirilə, elektrik stansiyaları kilometrlərlə uzaqda olsa belə, enerjini asanlıqla ötürülə bilərdi. Tesla patentlərini Edisona rəqib olaraq AC sistemini təqdim edən Corc Vestinghausa satdı. 
Edison DC üçün reklam kampaniyaları başlatdı, hətta Topsi adlı bir fili insanların qarşısında AC ilə vuraraq ictimai rəyi formalaşdırmağa çalışdı. Döyüş qısamüddətli oldu və Edison məğlubiyyətə uğradı. 1893-cü ildə o, Vestinghaus Ümumdünya Sərgisinə elektrik enerjisi vermək üçün keçirilən tenderi qazandı. 1896-cı ildə "General Electric" DC-dən AC-yə keçdi. Zamanla AC ABŞ-da dominant sistem oldu. Tesla isə qısa müddət ərzində yeni ixtiralara yelkən açdı. 1892-ci ildə Londonda universitetdə dərs deyir və radio ideyası üzərində işləyirdi. Tarixçilər qeyd edirlər ki, bu münaqişə epik döyüş deyil, daha çox adi bir iş çəkişməsi idi və bu gün təsvir olunduğu qədər böyük deyildi. 
Tesla haqqında kitabı da olan W. Bernard Çarlson deyir ki, "Edison Teslanı narahat etmirdi. Əksinə, onunla işləyərkən onu bütləşdirirdi. Qəzəbli idi, amma bu, ömürlük düşmənçilik deyildi".
Teslanın tərcümeyi-halını yazan bir çox tarixçilər serb ixtiraçının əsas rəqibinin öz əsərindən istifadə edərək radionu "icad edən” Quqlielmo Markoni olduğunu bildirirlər.
Mənbə: "Hürriyət"
Tərcümə: Aydın
Qaynarinfo