Xəbər lenti

Parisdəki matçı hansı nazirlər izləyəcək?
İdman12:45 29.03.2016

Parisdəki matçı hansı nazirlər izləyəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Parisdə keçiriləcək Fransa - Rusiya yoldaşlıq oyunu siyasi müstəvidə də maraqla gözlənilir. Belə ki, "Stad de Frans"dakı oyun noyabrdakı terror aktından sonra milli səviyyədə ilk görüş olacaq.
Qaynar.info xəbər verir ki, bu haqda Fransanın Rusiyadakı səfiri Jan-Moris Riper danışıb. O bildirib ki, Fransa bu matçda təhlükəsizliyin yüksək səviyyədə olması üçün əlindən gələni edib.
Jan-Moris Riper həmçinin onu da qeyd edib ki, rusiyalı məmurlar, xüsusən də Energetika naziri Aleksandr Novak və İdman naziri Vitali Mutkonun (Mutko hələ tam dəqiqləşməyib - red.) matçı izləməyə gedəcəyinə çox şaddırlar.
Qeyd edək ki, bu oyunu Fransua Ollandın da izləyəcəyi gözlənilsə də, Fransanın prezidentinin stadionda olmayacağı dəqiqdir.
Qaynar.info