Xəbər lenti

Parlament rəhbərləri Şuşada “Güllələnmiş heykəllər”i ziyarət etdi (FOTO)
Siyasət09:35 18.05.2022

Parlament rəhbərləri Şuşada “Güllələnmiş heykəllər”i ziyarət etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərində Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərini ziyarət ediblər.
"Report”un xəbərinə görə, Azərbaycan əsilli məşhur Fransa fotoqrafı Reza Deqati "Güllələnmiş heykəllər”lə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədirlər.