Xəbər lenti

Parlament seçkisində iştirak edəcək partiyaların sayı 11-ə çatdı
Siyasət13:19 17.12.2019

Parlament seçkisində iştirak edəcək partiyaların sayı 11-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.
Qaynarinfo xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha iki partiyanın – Vahid Azərbaycan Partiyasının və "Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl 9 siyasi partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınmışdı. Beləliklə, parlament seçkilərində Yeni Azərbaycan Partiyası, 
Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası və "Ana Vətən” Partiyası iştirak edəcək.