Xəbər lenti

Parlament təsdiqlədi: Türk Ordusu Azərbaycana gəlir
Siyasət14:38 17.11.2020

Parlament təsdiqlədi: Türk Ordusu Azərbaycana gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.
İclasa TBMM-nin sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan depuat Nemətulla Ərdoğmuş rəhbərlik edib.
Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.