Xəbər lenti

Parlamentdən Həmrəylik Günü müraciəti
Ölkə09:44 28.12.2018

Parlamentdən Həmrəylik Günü müraciəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclis (MM) bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib.
Qaynarinfo xəbər verir ki, müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub.
Müraciətdə dünyadakı azərbaycanlılarının milli birliyinin vacibliyi qeyd olunub.
Bildirilib ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir: "Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha yaxınlaşdıra bilərlər. Soydaşlarımızın bir vəzifəsi də yaşaqdıqları öləkəlrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq”.