Xəbər lenti

Partiya sədri: “Milli Şura müxalifəti parçalayır”
Siyasət09:38 14.05.2013

Partiya sədri: “Milli Şura müxalifəti parçalayır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əvəz Temirxan: “Sadəcə, xalqı ruhdan salacaqlar”

“Belə getsə, biz Milli Şuraya qoşulmayacağıq. Burada danışıqlar iki partiyanın, bir də yenicə yaranmış hərəkatın arasında gedir. Milli Şura olmayacaq, bu, İctimai Palata üstəgəl Eldar Namazov olacaq”.

Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. 

Onun sözlərinə görə, üç siyasətçi arasında cəmiyyətə aşkar olmayan qaydada danışıqlar aparılır: “Əslində bu danışıqlar müxalifəti parçalayır və seçki ilində iqtidarın əlinə kartblanş verir. Milli Şura yaransın, nə olacaq ki?! Sadəcə, xalqı ruhdan salacaqlar. Prinsiplərini, meyarlarını fəaliyyət qaydasını bizimlə müzakirə etmədən necə qoşula bilərik?!”.

Ə.Temirxanın qeyd edib ki, Milli Şura müxalifətin birləşdirilməsi üçün uğurlu deyil: “Belə gediş də uğurlu deyil. İdeya olaraq yaxşı ideyadır, amma bunun həyata keçirilməsi uğursuz aparılır. Ona görə də proseslər belə davam edərsə, qoşulmayacağıq”.

İlkin
Qaynar.info