Xəbər lenti

Partiya sədrindən seçki və referendum açıqlaması: "Davranışlardan hiss olunur ki..."
Siyasət11:29 17.02.2023

Partiya sədrindən seçki və referendum açıqlaması: "Davranışlardan hiss olunur ki..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bütün hallarda yaxın vaxtlarda parlament seçkiləri keçirilərsə, bunu müsbət dəyərləndirərəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli vurğulayıb ki, vaxtaşırı olaraq parlament seçkiləri ilə bağlı fikirlərin mətbuatda yayılması məntiqlidir:
"Azərbaycanda seçki praktikası bir qədər qeyri-adidir. Hələki hakimiyyətin davranışlarından hiss olunur ki, onlar seçkiyə getmək istəmir. Azərbaycanın çoxsaylı problemləri mövcuddur. Birinci növbədə Qarabağla bağlı problemləri həll eləmək lazımdır”. 
Partiya sədri bildirib ki, seçki bütövlükdə Azərbaycanda siyasi həyatın canlanmasına səbəb ola bilərdi:
"O ki qaldı deputatların sayının artırıb-artırılmamasının bunun elə də əhəmiyyəti yoxdur. Amma seçkinin keçirilməsi siyasi mühüti canlandıra bilərdi”. 
Sədr belə hesab edir ki, əgər seçki keçirilərsə, proporsional seçki sistemi bərpa olunmalıdır: "Bunun üçün isə referendum keçirilməlidir”. 
Bahar Rüstəmli