"Cümhuriyyət Xalq Partiyası (CXP) fəaliyyətini heç kəs dayandıra bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın sədri Bədrəddin Quliyev rəhbərlik etdiyi partiyanın bağlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Sədr "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə əməl etdiklərini vurğulayıb:
"5 min üzvün siyahısı hazırdır, partiyanın heç bir problemi yoxdur. Ölkədə 60-dan çox partiya fəaliyyət göstərir. Onlardan 6-sı YAP-a birləşib, 14-ü isə fəaliyyətini dayandırıb. Hələ bundan sonra da 20 partiya bağlanacaq, amma onun bizə aidiyyatı yoxdur. Biz göbələk kimi yerdən çıxmamışıq ki, fəaliyyətimizi dayandırsınlar. Mübarizə aparırıq. Bizim məqsədlərimiz, istəklərimiz var”.
Bədrəddin Quliyev parlamentdə təmsil olunan partiyaların bəzilərinin birləşəcəyini açıqlayıb:
"Onların ətrafında heç qüvvə yoxdur. Heç inanmıram onların 5 min üzvü olsun. Bizim isə yetərincə tərəfdaşlarımız var, bu günə kimi mübarizədə olmuşuq və bundan sonra mübarizə aparacağıq”.
Qeyd edək ki, mətbuatda Cümhuriyyət Xalq Partiyasının (CXP) fəaliyyətini dayandırması ilə bağlı mətbuatda məlumat gedib.
Bahar Rüstəmli