"Partiya sədrinin psixoloji problemi olmamalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının icra aparatının rəhbəri Samir Əsədli Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin "Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı yaradılan partiyaların rəhbərlərinin psixoloji yoxlamadan keçirilməsi barədə müddəanın daxil edilməsi təklifinə münasibətində deyib.
Samir Əsədli qeyd edib ki, psixoloji problemi olan adam partiya yarada bilməz: "Cəmiyyətdə psixoloji problemi olan adamları hamı tanıyır. Psixi problemi olan şəxsin ətrafında kimsə yığışmaz, onun ardıca kimsə getməz”.
Qeyd edək ki, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə "Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı yaradılan partiyaların sədrlərinin psixoloji yoxlamadan keçirilməsi barədə müddəanın daxil edilməsini təklif edib: "Bu məsələ ilə əlaqədar bir sıra amillərə diqqət edilməlidir. Hesab edirəm ki, biz bunu etməklə ölkəmizin siyasi mühitini qoruya bilərik. Ona görə də "Siyasi partiyalar haqqında” yeni qanun layihəsində bu barədə müddəanın əksini tapması vacibdir”.
Bahar Rüstəmli