Xəbər lenti

Partiyalar “pripiska” edə bilməyəcək - Yeni qanun partiya sədrlərini çətinə salıb
Siyasət14:31 02.02.2023

Partiyalar “pripiska” edə bilməyəcək - Yeni qanun partiya sədrlərini çətinə salıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Siyasi partiyalar haqqında” yeni Qanun qüvvəyə mindikdən sonra xırda partiyalar üzvlərinin sayını artırmaq üçün fəaliyyətə başlayıblar. 
Qaynarinfo xəbər verir ki, partiyalar yeni qanunun tələblərinə cavab verməyəcəkləri təqdirdə qeydiyyata alınmayacaqlarından narahatdır.  
Yeni qanuna görə, siyasi partiyanın qeydiyyata alınması üçün onun ən azı 5000 üzvü olmalıdır. Azərbaycanda fəaliyyət göstərən əksər partiyalar bu tələbə cavab vermir. Hökumət də bu barədə məlumatlı olduğundan partiyalara 6 ay vaxt verilib. 
Bildirilir ki, bəzi partiyalar üzvlərinin sayını artırmaqdansa, birləşməyi üstün tutur. Lakin bu isqtiqamətdə hələ ki, real addımlar atılmayıb. Çünki əksəriyyət birləşməyə isti yanaşmır. Bunun da səbəbi siyasi partiyaların maliyyələşməsi ilə əlaqədardır. 
Nəzərə alsaq ki, Azərbaycanda bəzi partiyalar rəhbərlik etdiyi təşkilata şəxsi təsərrüfatı kimi yanaşır və bu fəaliyyətdən əldə etdikləri qazancı itirmək istəmirlər.
Məlumata görə, hakimiyyət də xırda partiyaların birləşməsində maraqlıdır. Bildirilir ki, bununla razılaşmayan partiyalarda üzvlük məsələsi ciddi şəkildə yoxlanılacaq. Yəni, bu məsələdə "pripiska”ya imkan verilməyəcək. Partiyaların 6 ay müddətində üzvlərinin sayını artırıb-artıra bilməyəcəyini isə zaman göstərəcək. 
Seyid