Xəbər lenti

Partlayışda yaralanan Azərbaycan əsgəri öldü
Ölkə07:47 25.04.2013

Partlayışda yaralanan Azərbaycan əsgəri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda 10 gün əvvəl hərbi hissələrdən birində baş verən partlayışda yaralanan əsgərlərdən biri dünyasını dəyişib.

APA-nın məlumatına görə, aprelin 15-də ağır yanıq xəsarəti ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilən əsgər Abbas Musazadə həkimlərin səyinə baxmayaraq bu gün dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında N. Musazadənin aldığı yanıq xəsarətindən dünyasını dəyişməsi faktını təsdiqləyib.

Qeyd edək ki, hadisə aprelin 14-də Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəndə baş verib. Hərbi hissənin qazanxanasında baş verən partlayış zamanı hərbi hissənin əsgərləri, Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış Abbas Musazadə və Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılmış Xaliq Bayramov yanıq xəsarətləri ilə hospitala yerləşdiriliblər.

Qaynar.info