Xəbər lenti

Partlayışda yaralanan bloger Ayselin son görüntüsü yayıldı (FOTO)
Maqazin17:51 03.04.2022

Partlayışda yaralanan bloger Ayselin son görüntüsü yayıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda gecə klubunda baş verən partlayışda yaralanan bloqer Aysel Şükürovanın görüntüsü yayılıb. 
Qaynarinfo xəbər verir ki, onun zədələnən ayaqlarının fotosunu Ayselin dünən ad gününə getdiyi Raul öz "Instagram” hesabında paylaşıb.
O, Şükürovanın vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.