Xəbər lenti

Paşinyan deputat mandatından imtina etdi
Siyasət18:07 20.07.2021

Paşinyan deputat mandatından imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan parlamentinə 18 namizəd, o cümlədən "Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.
"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan feysbuk səhifəsində bildirib.
16 namizəd "Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib. Parlamentdə işləməkdən imtina edən digər iki namizəd "Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Koçaryandır.