Xəbər lenti

Paşinyan geri çəkildi: “Sülh danışıqlarının alternativi yoxdur”
Siyasət13:34 17.07.2020

Paşinyan geri çəkildi: “Sülh danışıqlarının alternativi yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Münaqişənin gücə əsaslanan həlli və sülh danışıqlarına alternativ yoxdur".
Qaynarinfo MK.ru-ya istinadla xəbər verir ki, bu sözlər işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan Minskdə Avroasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasında Azərbaycanla toqquşmalarla bağlı bəyanatda yer alıb.
O əlavə edib ki, bu, bütün bölgə xalqlarının maraqlarına uyğundur.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasındakı sərhəddə qarşıdurmalar iyulun 12-də Gürcüstanla həmsərhəd olan Tovuz və Tavuş rayonlarında başlayıb. Azərbaycan sərhədinə hücum edən Ermənistan hərbi birləşmələri ağır itkilər verərək geri oturdulub. 
 
Alpər