Xəbər lenti

Paşinyan iddialı danışdı: "Sülh yolunda bizi söyəcəklər, satqın deyəcəklər, amma..."
Siyasət16:42 25.05.2022

Paşinyan iddialı danışdı: "Sülh yolunda bizi söyəcəklər, satqın deyəcəklər, amma..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Madrid prinsipləri təşəbbüsünün müəllifi və ya həmmüəllifi Ermənistan tərəfidir. Sonra deyirlər ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Mən bu tribunadan demişəm və indi də deyirəm ki, Madrid prinsiplərini qəbul edəndə siz artıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmisiniz".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, müharibəni onun hakimiyyəti gətirməyib:
"Bu gün bizə demək istəyirlər ki, hakimiyyətə gəlib müharibə aparmışıq. Yox, biz müharibə gətirmədik, siz müharibə elan edib getdiniz. O müharibənin qarşısını almağın bir yolu var idi: Azərbaycanın bütün qəbuledilməz şərtlərini və tələblərini qəbul etmək. Müharibə 2016-cı ilin aprelində başladı və Serj Sarkisyan bu tribunadan bəyan etdi ki, siz növbəti müharibəyə ümid etməyin, bizim gücümüz yoxdur.  Bu bir həqiqətdir və biz indi Dağlıq Qarabağ ermənilərinin hüquqlarının, təhlükəsizliyinin və statusunun həlli üçün mümkün olan hər şeyi edirik və  gündəmimizin əsasının sülh olduğunu deyirik, sülhü bərqərar etməyi qarşımıza əsas vəzifə qoymuşuq. Sülh dövrünün başlaması yolunda yıxılacağıq, amma ayağa da qalxacağıq.
Bizi söyəcəklər, bizə satqın deyəcəklər, bizi pis adlandıracaqlar, əclaf deyəcəklər, nə istəsələr deyəcəklər, amma bizi hədəfimizdən yayındırmayacaqlar".
Telman