Xəbər lenti

Paşinyan İrandakı keçmiş səfirini özünə müşavir təyin etdi
Siyasət15:46 24.11.2021

Paşinyan İrandakı keçmiş səfirini özünə müşavir təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan Nikol Paşinyanın müşaviri təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
Müvafiq qərarı Ermənistan hökumətinin başçısı imzalayıb.
Xatırladaq ki, oktyabrın ortalarında Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin İrandakı səfiri Artaşes Tumanyanı geri çağırıb. Onu Arsen Avakyan əvəzləyib.
1999-2000-ci illərdə Artaşes Tumanyan baş nazirin birinci müavini, daha sonra prezident administrasiyasının rəhbəri postunu tutub.