Xəbər lenti

Paşinyan İrəvan-Ankara münasibətlərində niyə tələsir?
Siyasət12:14 29.01.2022

Paşinyan İrəvan-Ankara münasibətlərində niyə tələsir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkoloq Akop Çakıryan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması məsələsi barədə maraqlı açıqlamalar verib.
Qaynarinfo xəbər verir ki, Çakıryan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələdə tələsməsini "qəribə” adlandırıb.
"Moskvada cəmi bir görüş oldu, eyni zamanda, danışıqlar başlamazdan əvvəl Paşinyan həmin mətbuat konfransında Azərbaycanla barışıq, sülh sazişi, ərazi bütövlüyünün tanınması və 3+3 formatı barədə hər şeyi dedi. O, Zəngəzur dəhlizindən danışmadı, lakin Rusiyanın rolundan danışdı. Mən bunu niyə vurğulayıram, çünki Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi Vaşinqtonun təşəbbüsü ilə gedir. Moskvanın təşəbbüsü olsaydı, erməni tərəfini Zəngəzur dəhlizini açmağa məcbur edərdi. Yadınızdadırsa, Bayden demişdi ki, Mehri dəhlizi olmayacaq. Rusiyadan gələn məlumatlara görə, Zəngəzurda iki dəhliz planlaşdırılıb, lakin digərinin yeri qeyd olunmayıb”, - deyə erməni türkoloq bildirib.
Türkoloq Ermənistan hakimiyyətinin Türkiyə-Ermənistan münasibətlərinin qısa vaxtda normallaşması məsələsini Moskvadan gələn təlimatlarla əlaqələndirir:
"Mənə elə gəlir ki, onlar Moskvanın əmrini yerinə yetirirlər. Ərdoğanın Putinə hansı vədlər verdiyini bilmirik”.
O əlavə edib ki, Ərdoğan dəfələrlə Türkiyənin Krımın Ukraynaya qaytarılması üçün əlindən gələni edəcəyini bəyan etsə də, bu, Türkiyə-Rusiya əməkdaşlığının inkişafına mane olmayıb.
Türkoloq "Ermənistan hakimiyyətinin bu cür tələsdiyi halda, Türkiyə-Ermənistan sərhədini bir il ərzində açmaq olarmı?” sualına cavab olaraq bildirib ki, sərhədlərin açılmasında Ermənistan tərəfi daha təmkinli olmalıdır:
"Türklər 1993-cü ilin martında sərhədi bağladılar, biz bağlamadıq. Başa düşürsünüz, diplomatik münasibət qurmadan, səhəri gün yenidən bağlaya bilərlər, bir səbəb tapacaqlar. Üstəlik, biz o bağlı sərhəd şəraitində yaşamağı, sağ qalmağı öyrənmişik, ona görə də Türkiyə burada maraqlı olmalıdır, nəqliyyat yolları açılsa, bu sərf edəcək. Magistral və ya dəmir yolu çəkilsə, sonuncu Azərbaycan və Rusiya ilə birbaşa quru əlaqə yaradacaq, oradan Mərkəzi Asiyaya daha geniş miqyasda nüfuz etmək imkanı əldə edəcək, yəni bizə yox, onun xeyrinə olacaq. Ermənistan-Azərbaycan ticari-iqtisadi əlaqələrinin inkişaf edəcəyini söyləmək absurddur. İnkişaf etməyəcək! Düşmənlərlə ticari-iqtisadi əlaqələri inkişaf etdirməyə ehtiyac yoxdur. Bu, Azərbaycanı çox da maraqlandırmır, amma bizim Baş nazir ayağa qalxır, sülh müqaviləsindən danışır, müharibədən bir ildən çox vaxt keçsə də, biz hələ də əsirlərimizi qaytarmamışıq, itkin düşənlərin sayını hələ də öyrənə bilmirik.
Putinin sözlərinə görə, bizim 5 min itkimiz var, istisna edilmir ki, bu ümumi sayın fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi alovlanacaq. Bu baş verməsin deyə bzim hakimiyyət bunu sirr olaraq saxlayır. Bizdə azərbaycanlılar əsir düşərsə, əslində cəza dəstələri olan Rusiya sülhməramlıları onları əlimizdən alıb Azərbaycana təhvil verəcək".
Telman