Xəbər lenti

Paşinyan niyə yumşalıb? - Politoloq
Siyasət12:07 18.04.2023

Paşinyan niyə yumşalıb? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Paşinyanın səsləndirdiyi fikirlər Dövlət Departamenti təmsilçisinin Bakı və İrəvana olan səfərinin nəticəsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıdığı barədə dediyi fikrini şərh edərkən deyib.
Sabiq nazir qeyd edib ki, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır:
"Bildiyimiz kimi, işlək vəziyyətdə bir vasitəçilik qalıb. Ermənilər Makronun da iştirakını vacib hesab etməklə Avropa Birliyinin vasitəçiliyinin üstündən xətt çəkiblər. Onlar həmçinin Rusiya vasitəçiliyindən də vaz keçiblər. Yerdə qalan ABŞ-ın vasitəçiliyi məsələsidir. Bu yaxınlarda Dövlət Departamentinin təmsilçisi Bakı və İrəvanda oldu. Hesab edirəm ki, Paşinyanın həmin çıxışı da məhz bu səfərin nəticəsidir. 
ABŞ çərçivə sülh sənədi təklif edir. O da qısa məzmunlu prinsiplərdən ibarət bir sənəd olacaq. Yəni, Azərbaycanla Ermənistan arasında sülh prosesini tənzimləyən prinsiplər orada qeyd edilməlidir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları məsələsinə də həmin sənədlə son qoyulmalıdır. Tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. 
Çərçivə sənədinin artıq masanın üstündə olduğunu deyə bilərik. Praqa və Soçidə Ermənistan çoxtərəfli sənədlərə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi isə iki tərəfli şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması məsələsi gündəmdədir. Mətn üzərində tərəflərin razılığı bu səviyyəyə gəlib çatıbsa, deməli yaxın müddətdə həmin sənədə qol çəkiləcəyi istisna deyil”. 
Qeyd edək ki, Paşinyan parlamentin iclasında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıdığını bəyan edib. O bildirib ki,  Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır. 
Rüfət Sultan