Xəbər lenti

“Paşinyan Qarabağ klanını bu yolla zərərsizləşdirir” – Ekspert
Siyasət10:05 06.11.2023

“Paşinyan Qarabağ klanını bu yolla zərərsizləşdirir” – Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Paşinyanın Ermənistana gələn Qarabağ ermənilərinə reveransı həmin kütləni neytralaşdırmağa yönələn addımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan baş naziri Paşinyanın Qarabağdan köçən ermənilərə ölkə vətəndaşlığının verilməsi prosedurunun asanlaşdırılması ilə bağlı addımını şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Qarabağdan gələn ermənilərdən yaxın gələcəkdə Paşinyana qarşı istifadə edilməsi məsələsi gündəmdə idi:
”Qarabağ klanı həmin ermənilərdən Paşinyan hakimiyyətinə qarşı istifadə etməyi düşünür. Paşinyan həmçinin Ermənsitanda ağır olan demoqrafik vəziyyəti də müəyyən qədər sabitləşdirməyə çalışır. Sirr deyil ki, Ermənistan əhalisi fürsət düşən kimi kütləvi şəkildə ölkəni tərk edir. Ermənsitanın əhalisi ildən-ilə kəskin azalır. Paşinyan Qarabağdan gələn ermənilərə vətəndaşlıq verməklə bu istiqamətdə yaşanan ağır durumu müəyyən qədər normallaşdırmağa çalışır”.
Politoloq qeyd edib ki, Paşinyanın Qarabağdan gedən erməniləri Ermənistan vətəndaşlığına qəbul etməsi fiaskoya uğrayacaq:
"Son prosesə qədər Qarabağda yaşayan ermənilərin əksəriyyəti elə Ermənistan vətəndaşı olub. Yerdə qalanları da Rusiya vətəndaşı olub. Paşinyanın Qarabağdan gələnlərə vətəndaşlıq verilməsini tezləşdirmək cəhdi, ya hər hansı bir formada burada Ermənistan pasportunu nəzərə almayanlar, ya da Qarabağa dünyanın müxtəlif ölkələrində, Suriya, Livandan qanunsuz olaraq gələn ermənilərlə bağlıdır. Düşünürəm ki, Qarabağda bu vaxta qədər Ermənstan vətəndaşı olmayan erməni qalsa da, onların sayı cüzi idi. Qarabağ beynəlxalq münasibətlərin subyekti olmayıb. Ona görə də vaxtilə orada olan ermənilərin xaricə çıxmaları üçün xarici pasport lazım idi. Bunun üçün də onların mütləq Ermənistan vətəndaşı olmalı idilər”. 
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdan könüllü gedən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb. Paşinyan deyib ki, hökumətin məqsədi Qarabağa qayıtmaq istəməyən ermənilərin ölkədə qalması üçün şərait yaratmaqdır. Halbuki bir müddət öncə Paşinyan həmin şəxslərə "qaçqın" statusunun verilməsindən danışırdı. 
Rüfət Sultan