Xəbər lenti

Paşinyan Rusiyadan özü üçün zəmanət ala bilmir - Erməni politoloq
Siyasət11:44 25.10.2022

Paşinyan Rusiyadan özü üçün zəmanət ala bilmir - Erməni politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bütün digər mənfi məqamlarla yanaşı, 9 noyabr bəyanatında müəyyən təhlükəsizlik elementləri var. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan öz şəxsi maraqlarından çıxış edərək, Rusiya tərəfi ilə razılaşa bilmir ki, sülh müqaviləsi imzalanandan sonra da öz postunda qalsın. Ona görə də Paşinyan xarici siyasət vektorunu tamamilə dəyişməyə çalışır".
Qaynarinfo xəbər verir ki, bu barədə erməni politoloq Beniamin Matevosyan yerli mediaya müsahibəsində bildirib.
Onun fikrincə, oktyabrın sonunda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündən sonra Brüsseldə yeni görüş baş tuta bilər və Ermənistan tərəfi Rusiyanın "Telegram" kanallarında dərc olunan sənədi təkzib etmədiyindən, mümkündür ki, bütün bundan irəli gələn nəticələrlə sülh sazişi imzalansın.
Erməni politoloq izah edir ki, Ermənistan hakimiyyəti bir imza ilə Qarabağı tamamilə Azərbaycanın ixtiyarına verməyə çalışacaq. "Ermənistan tərəfinin böyük ehtimalla Qərbin vasitəçiliyi ilə imzalayacağı sənəddə nə Qarabağ erməniləri, nə də Ermənistan üçün təhlükəsizlik təminatları var. Sənədi imzaladıqdan sonra yeni müharibə gözləyə biləcəyimiz zamana çox yaxın olacağıq”, deyə ekspert əlavə edib.
Matevosyan qeyd edib ki, Ermənistan nəinki xarici siyasət vektorunu dəyişdirir, həm də bundan irəli gələn bütün nəticələrlə 9 noyabr üçtərəfli bəyanatından çıxmağa çalışır.
"Ermənistan lideri çox yaxşı bilir ki, dəhlizdə müəyyən hadisələr onun şəxsiyyəti ilə bağlıdır, çünki ona inam yoxdur. Buna görə də Rusiya tərəfi israr edir ki, məhz 9 noyabr tarixli sənəddə yazılanların hamısı icra olunsun, yəni bu dəhliz deyil, yoldur və həmin yol Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altına verilsin. Belə olan halda, azərbaycanlılar da rüsum ödəməli olacaqlar”, deyə politoloq vurğulayıb.
Nizami Bağırov