Xəbər lenti

Paşinyan Rusiyaya sədaqət andı içir - Ekspert
Siyasət11:07 07.09.2022

Paşinyan Rusiyaya sədaqət andı içir - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda çıxış edərkən bildirib ki, Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Paşinyan bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözlədiyini də vurğulayıb.
Eyni zamanda hökumət başçısı Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə komissiyanın işindəki irəliləyişdən də bəhs edib:
"Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə üçtərəfli komissiyanın fəaliyyətində irəliləyiş var, lakin hələ ki, bütün məsələlər həllini tapmayıb”. 
Son zamanlar Paşinyanın açıqlamaları sülhün əldə edilməsi, kommunikasiyaların açılması istiqamətinə yönəlib. O, buna bənzər fikri Brüsseldə keçirilən son görüşdə də səsləndirmişdi.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Fərhad Məmmədov bildirib ki, Paşinyanın bu çıxışı onun və ölkəsinin təzyiq altında olduğunun göstəricisidir:
"Paşinyanın Vladivostokdakı tədbirdə səsləndirdiyi açıqlamalar Rusiyaya sədaqətinin bir nümayişi idi. Onun çıxışından belə çıxır ki, Paşinyanın dünyanın o başından 12 saat təyyarə ilə Vladivostoka aparılması Kremlə sədaqət nümayişi üçün edilib. Paşinyan özünü Avropada Qərbpərəst, Rusiyada isə Rusiyapərəst kimi təqdim etməyə çalışır. Bu onun göstəricisidir ki, artıq onun üçün vaxt uzatmağa yer qalmır. O, ayrı-ayrı mövzularda artıq qərar qəbul etməlidir. Rusiya üçün regionumuzda bir nömrəli məsələ Zəngəzur dəhlizidir. Qərb üçün vacib olanı isə sülh sazişidir. Hər iki istiqamətdə, həm Rusiya, həm də Avropa tərəfindən Paşinyan təzyiqlərlə üzləşir. Ümumi təzyiq isə Azərbaycan tərəfindən həyata keçirilir”. 
Rüfət Sultan