Siyasət 17:30 14.04.2022

Paşinyan Şuşa ilə bağlı ittihamlara cavab verdi: “Gerçəyi bilməyin zamanıdır”

"Bir çoxları anlamalıdır ki, əslində, müharibə Şuşa naminə olub. İndi isə deyirlər ki, siz müharibəni dayandırmalı, yaxud qarşısını almlı idiniz. Birdəfəlik anlamaq lazımdır ki, Şuşasız müharibəni dayandırmaq, qarşısını almaq mümkün deyildi. Anlayın ki, bu, sadəcə olaraq mümkün deyildi. Mən bunu artıq bir neçə dəfə demişəm”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibədən sonra Şuşanın onun tərəfindən təhvil verilməsi ilə bağlı bəyanatlara cavab olaraq deyib. Daha sonra o, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı çıxışına aydınlıq gətirib:

"Mənim bu gün burda danışdığım isə Qarabağı təslim etməmək üçündür, çünki başqa yolla getsək, Qarabağı tikə-tikə, bütövlüklə verəcəyik. Sizə bunu Fərruxun timsalında nümunə göstərmək istərdim. Bir-birimizi aldatmaq kifayətdir, reallıqları bilməyin zamanıdır”.

Nikol Paşinyanın bu çıxışına cavab olaraq Ermənistanın Repsublikaçılar Partiyasının Ali Qurumunun üzvü Eduard Şarmazanov hazırda Qarabağda olduğunu bildirib:

"Mən hazırda Qarabağdayam. "Qəhrəmanların” məzarlarını ziyarət etdim. Eyni zamanda Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkibində olduğunu bəyan edir. Kim düşünürsə ki, Qarabağ Azərbaycanın bir hissəsi ola bilər, qoy yığışıb Bakıya getsin, orda yaşasın, muğama qulaq assın. Bəsdir keçmiş hakimiyyətdən danışdın, kifayətdir, ay torpaq satan. Əvvəlkilər Qarabağı bizə qoydu getdi, sən isə Şuşanı, Hadrutu, Talışı və Madagizi təslim etdin. İndi isə müharibənin səbəbini Şuayla bağlamağın yalnız sənin xəyallarındakı nağıllara bənzəyir”.

Telman