Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Fərrux mövzusuna münasibət bildirib və Rusiya sülhməramlılarını Azərbaycan Silahlı Qüvvələrinin kontingentin məsuliyyət zonasından çıxarılmasına nail olmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Sputnik Ermənistan
yazıb.
Separatçı fiqur Arayik Arutyunyanın rəhbərlik etdiyi "DQR” nümayəndə heyəti ilə hökumət kabinetində görüşdə baş nazir bildirib ki, Ermənistan tərəfi Azərbaycan bölmələrinin Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olması faktından narahat olmaqda davam edir. Söhbət martın sonunda Azərbaycanın daxil olduğu Fərrux kəndinə bitişik ərazidən gedir.
"Biz haqqında dəfələrlə danışdığımızdan bu məsələdən narahatıq. Ümid edirik ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan bölmələrinin çıxarılmasını təmin edəcəklər", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin çıxarılması bu gün "Artsax”da tətbiq edilən təhlükəsizlik təminatları sisteminin qiymətləndirilməsi baxımından, o cümlədən Qarabağ xalqının özü üçün mühüm vəzifədir.
Xatırladaq ki, qüvvələrin qarşılıqlı çıxarılması haqqında saziş çərçivəsində martın 24-də erməni birləşmələri Əsgəran rayonundakı Fərrux yaxınlığındakı mövqelərindən geri çəkilib və Azərbaycan Silahlı Qüvvələri mövqelərini irəli apararaq kəndin ərazisi, o cümlədən Qarağlux yüksəkliyində bir neçə mövqedə yerləşiblər.
Alpər