Xəbər lenti

Paşinyandan Qarabağdakı sülhə ağır zərbə
Siyasət11:46 16.11.2020

Paşinyandan Qarabağdakı sülhə ağır zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Qarabağda atəşin dayandırılması barədə Bakı, Moskva və İrəvan arasında imzalanan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə əməl etmək istəmir.
Qaynarinfo-nun Yenisabah-a istinadən məlumatına görə, bölgədə davamlı sülhə nail olmaq üçün Qarabağdakı separatçı rejimin silahlı dəstələrinin oradan çıxarılması nəzərdə tutulsa da, Paşinyan bunun əksini deyir.
O bildirib ki, Qarabağın "müdafiə ordusu” bölgədə qalacaq və suverenliyin qarantı olacaq.
"Mənasız itkilərdən qaçmaq üçün müharibəni dayandıran 25-30 min əsgərin əhəmiyyətli hissəsi müdafiə ordusunundur. Bu o deməkdir ki, Qarabağın müdafiə ordusu mövcuddur var və olacaq”, - deyə Baş nazir bildirib.