Xəbər lenti

Paşinyanın belə bir şərtlə görüş təklifi tamamilə absurddur – Hərbi ekspert
Siyasət10:14 05.10.2021

Paşinyanın belə bir şərtlə görüş təklifi tamamilə absurddur – Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əslində Paşinyanın belə bir şərtlə görüş təklifi tamamilə absurd məsələdir. Burada heç bir ilkin şərt ola bilməz. Paşinyan mina xəritələrini verməyə borcludur”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğu mesajından danışarkən deyib. Ekspert bildirib ki, Azərbaycanda heç bir əsir qalmayıb:
"Bütün əsirlər qaytarılıb. Azərbaycanda qalanlar bu və ya digər ağırlıqda cinayət törətmiş erməni terrorcularıdır. Onların çəzalarını kəsib bitirmədən qaytarılması isə mümkün görünmür. Lakin qismən yüngül cəza çəkənlər və ya cəzalarını Azərbaycanda çəkərək başa vuranların qaytarılması da mümkündür”.
 
Ədalət Verdiyev Ermənistanın bu gürüşdə məğlub tərəf olduğunu vurğulayıb:
"Onun hansısa şərtlərlə görüşə razılıq verməsi qətiyyən məntiqə sığmır. Sanki bu görüş təklifi Azərbaycandan gəlib, Paşinyan da buna hansı şərtlər altında  gedəcəyini açıqlayır. Bu, yalnış bir şeydir. Görüş təklifi Azərbaycandan gəlməyib. Azərbaycanın belə bir görüşə ehtiyacı yoxdur”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib. Paşinyan Qarabağı işğalda saxladıqları müddətdə basdırdıqları minaların xəritələrini də Azərbaycan Prezidenti ilə görüşə aparmağa hazır olduğunu deyib. Erməni Baş nazir həmçinin iddia edir ki, guya Azərbaycanda olan erməni əsirlər də geri qaytarılmalıdır.
Bahar Rüstəmli