Xəbər lenti

"Paşinyanın bundan başqa yolu yoxdur" - Poltoloq
Siyasət11:37 16.05.2023

"Paşinyanın bundan başqa yolu yoxdur" - Poltoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Paşinyanın son zamanlar hərəkət etdiyi istiqamətlərdə heç bir qapını aça bilməməsi artıq onun Azərbaycan və Türkiyə ilə münasibətlərdə normallaşmağa doğru getməyə məcbur olduğuna işarədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənsitan baş naziri Nikol Paşinyanın İrəvanın Bakı və Ankara ilə mövcud münasibətlərini dəyişdirməsinin lazım olduğuna dair səsləndirdiyi fikrini şərh edərkən deyib.
Politoloq bildirib ki, Paşinyan ölkəsinin gələcəyi üçün Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan başqa çıxış yolunun olmadığını başa düşüb:
"Hazırki situasiyada Paşinyanın "quyruğu” qapı arxasındadır. Ona görə də o, indi vurnuxur. Paşinyanın son zamanlar hərəkət etdiyi istiqamətlərdə heç bir qapını aça bilməməsi artıq onun Azərbaycan və Türkiyə ilə münasibətlərdə normallaşmağa doğru getməyə məcbur olduğuna işarədir. Artıq o, başa düşür ki, ölkəsinin gələcəyi üçün Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan başqa digər çıxış yolu yoxdur. 
O, bu müdətdə bir çox dövlətlərə arxayınlaşaraq bəzi cəhdlər etdi. Lakin bu cəhdlər Ermənistan üçün heç bir nəticə vermədi. Brüsseldəki son görüş isə ermənilərin bütün ümidlərini qırdı. Burada bütün tərəflər Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etdi. Bu da Paşinyan hökumətini çıxılmaz duruma saldı. Ona görə də Paşinyan məcbur olub nəhayət ki, Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq istiqamətində düşünməyə başlayıb”. 
Ekspertə görə, Paşinyanın bu bəyanatı həmçinin daxili auditoriyaya hesablanıb:
"Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə Ankara və Bakı ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində İrəvan tərəfindən müəyyən addımlar atılacaq. Əminliklə deyə bilərik ki, Brüssel danışıqlarında müəyyən nəticələr əldə edilib və bu nəticələri artıq ictimaiyyətə təqdim etməyin zamanı gəlib. Paşinyanın həmin açıqlaması da sözsüz ki, Brüsseldə əldə edilən razılaşmalardan qaynaqlanır”. 
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın "Respekt” nəşrinə müsahibəsində ölkəsinin Türkiyə və Azərbaycanla münasibətinə toxunarkən, İrəvanın Ankara və Bakı ilə heç bir əlaqəsinin olmadığını deyərək, bu vəziyyəti dəyişdirməyin lazım olduğunu deyib: "Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir”.
Rüfət Sultan