Xəbər lenti

Paşinyanın “hazırlıq işləri və substantiv müzakirələr” fikri nə deməkdir? (ŞƏRH)
Siyasət10:38 10.02.2022

Paşinyanın “hazırlıq işləri və substantiv müzakirələr” fikri nə deməkdir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan istəyir ki, sülh müqaviləsi üzrə danışıqlar prosesinə öz xeyrinə olan mövzuları salsın”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İrəvanın Bakı ilə sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan edən Ermənistan baş naziri Nikol Paşinyanın bununla yanaşı, indiki mərhələdə hazırlıq işləri və substantiv müzakirələrin aparılmalı olduğu fikrinə münasibət bildirərkən deyib:
"Məsələn, İrəvanın Qarabağla bağlı mövqeyi odur ki, problem Azərbaycanın problemidir, amma indiki vəziyyəti də tanımırlar. Ermənistanın fikrincə, status müəyyən olunandan sonra onun qəbulu referendum şəklində olmalıdır və bunun nəticəsi olaraq da Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlar. Yəni istəyirlər ki, Ermənistanın ərazi bütövlüyü sovet xəritələrinə uyğun tanınsın. Amma Azərbaycanın ərazi bütövlüyünü yuxarıda qeyd etdiyim istisna əsasında tanımağa hazırdırlar. Bu isə sadəcə olaraq İrəvanın 30 il əvvəl olduğu kimi ərazi iddiasıdır. İndi sadəcə olaraq, bunu rəsmiləşdirmək istəyirlər. Bir sözlə, İrəvan sülh danışıqları prosesində Qarabağın mübahisəli münaqişə ərazisi kimi tanınmasına və bu əsasda da onun gələcəyinin sual altına düşməsində maraqlıdır”. 
Həmsöhbətimizin fikrincə, İrəvan bu açıqlaması ilə özünü dünyaya guya sülhpərvər tərəf olduğu, Azərbaycanın isə bu mövqedən uzaq olması düşüncəsini formalaşdırmağa çalışır:
"Beynəlxalq ictimaiyyətin əksəriyyəti belə incəliklərə fikir verməsə də, ermənilərin məsələni tez-tez qabartmaqda məqsədi odur ki, guya İrəvan sülhdən danışır, Bakı isə əksinə müharibəyə başlayıb və indi də sülhə can atmır”. 
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında ökəsinin Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi eyni zamanda belə bir sənədin imzalanmasını nəzərdə tutur.
"İndiki mərhələdə hazırlıq işləri və substantiv müzakirələr aparılmalıdır”, - Paşinyan bəyan edib.
Rüfət Sultan