Xəbər lenti

Paytaxtda 100 min bina sökülür? - Rəsmi açıqlama
Ekonomiks18:37 20.04.2026

Paytaxtda 100 min bina sökülür? - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin Baş planında 100 min binanın söküləcəyinə dair heç bir məlumat yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Mətbuatda "Bakının Baş planına əsasən 100 min binanın söküləcəyi"nə dair yanlış xəbərlər dərc edilib. Baş planda belə bir məlumat öz əksini tapmır və bu informasiya Komitə tərəfindən verilməyib", - məlumatda bildirilir.
Qeyd edək ki, mətbuatda "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən 12 rayonun ərazisində ümumilikdə 100 minə qədər binanın söküləcəyinə dair xəbərlər yayılıb.