
Sosial şəbəkələrdə həbsdə olan NİDA Vətəndaş Hərəkatının fəalı İlkin Rüstəmzadə ciddi xəstə olması ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunur ki, İlkin Rüstəmzadənin vəziyyəti getdikcə daha da pisləşir. Dəfələrlə müaraciət etməsinə baxmayaraq Ədiliyyə Nazirliyinin Penitensiar Xidməti onun müalicə olunmasına imkan vermir.
Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib ki, İlkin Rüstəmzadənin səhhəti ilə bağlı problemi varsa həkimə müraciət edə bilər:
"Müəssisə rəhbəri ilə əlaqə saxladım. O da bildirdi ki, İlkin Rüstəmzadə həkimlə əlaqə saxlayır və ona bu yöndə heç bir maneə yaradılmır. Səhhətində yenidən problem yaranıbsa, həkimə müraciət etsin. Müaəyinə olunsun, əgər problem varsa müalicə olunacaq.
"Azad Gənclik" Təşkilatının fəalı, həbsxanada NİDA-ya üzv olan İlkin Rüstəmzadə 2013-cü ilin aprelində həbs olunub. Məhkəmə onu xuliqanlıq, silah və kütləvi iğtişaşda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.
Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb. 6 may 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İlkin Rüstəmzadənin adı hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alır.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az