
Bu günlərdə Birləşmiş Ştatların Müdafiə Departamentipostsovet məkanının 3 respublikası – Azərbaycan, Gürcüstan və Moldovailə hərbi-siyasi danışıqlar aparır. Rəsmi məlumatlarda bildirilir ki,Birləşmiş Ştatların Avropa Komandanlığının (EUCOM) komandanı PhilipBreedlove martın 22-24-də Gürcüstan və Moldovaya səfər etdiyi zaman ABŞMüdafiə katibinin nümayəndəsi Maykl Karpenter Vaşinqtonda AzərbaycanMüdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisigeneral-mayor Hüseyn Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyətiniqəbul edib. Azərbaycanla müzakirə olunan məsələlər Gürcüstan və Moldovahərbi rəhbərlikləri ilə müzakirə olunanlardan fərqli olsa da, güman ki,əsas hədəf eynidir: Azərbaycan, Gürcüstan və Moldovanıntəhlükəsizliklərinin qorunması.

Gürcüstan və Moldovanın müdafiə nazirliklərinin yaydığı məlumatlardaamerikalı generalla görüşlərin mövzusunun orduda islahatlar, birgətəlimər və eyni zamanda Rusiyanın təcavüzkar siyasətinin qarşısınınalınması olduğu bildirilir. Azərbaycan tərəfinin yaydığı rəsmi məlumatagörə isə, Vaşinqtonda aşağıdakı məsələlər müzakirə olunub:
Göründüyü kimi, faktik olaraq konkret mövzularından danışılmasa da,uzunmüddətli fasilədən sonra ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıqmünasibətlərinin yenidən canlancağı perspektivi ortaya çıxır.
ABŞ-Azərbaycan hərbi münasibətləri: buz niyə yarandı?
Xatırladaq ki, ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıqmünasibətləri ümumilikdə təxminən 3 ilə yaxındır kı dondurulub.Diplomatik mənbələr bunu rəsmi Bakının yürütdüyü daxili və xaricisiyasətin təsirindən baş verdiyini bildirirlər. Dondurulmuş əməkdaşlıqplanları sırasına Azərbaycan hərbçilərinin Birləşmiş Ştatlarda müxtəliftəlim-təhsil kurslarında iştirakı, Birləşmiş Ştatların təlimatçılarınınAzərbaycan Silahlı Qüvvələrinin hazırlıq prosesinə dəstəyi, ABŞ AvropaKomandanlığının Xəzərdə təhlükəsizlik problemlərinin həllində rəsmiBakıya dəstəyi, iki ölkə arasında enerji təhlükəsizliyinin təminolunması istiqamətində mübadilə və s var. Xüsusilə də Birləşmiş Ştatlar5-6 il öncə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsindəgötürülmüş öhdəliklərin bir çoxunun icrasında rəsmi Bakıya xüsusi dəstəkverirdi. Bu dəstək içərisində Azərbaycan Hərbi Dəniz və Hərbi HavaQüvvələrinin imkanlarının gücləndirilməsi, orduda idarəetmə, xüsusilə dəçavuş idarəetməsinin tətbiq olunması istiqamətində davamlı yardımlarxüsusi yer tuturdu.
Xəzərin təhlükəsizliyi istiqamətində ABŞ Avropa Komandanlığı iləAzərbaycan Müdafiə Nazirliyinin hər il yenilədiyi İş Planı vardı, buplan üzrə bir vaxtlar Azərbaycan Hərbi Dəniz Qüvvələrində diqqətçəkənişlər görülmüşdü. Buraya hərbi gəmilərin, katerlərin müasirləşdirilməsi,hərbi heyətin bilik və təcrübəsinin artırılması daxil idi. Lakin bu İşPlanı artıq 4 ildən artıqdır ki, yenilənmir və faktik olaraq dondurulub.Bu, qeyri-rəsmi məlumatlara görə, rəsmi Bakının istəyi ilə belədir.Faktiki olaraq Azərbaycan hakimiyyəti sözügedən İş Planını uzatmaqdan vəonun parlamentdə təsdiqlənməyə çıxartmaqdan imtina edib.

Sonuncu dəfə ötən ilin iyulunda Azərbaycan Silahlı Qüvvələri BaşQərargahının rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-ınAzərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət etmişdi.Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, Nəcməddin Sadıkov ABŞ hərbi attaşesi ilə fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıqsahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib. “N.Sadıkovqeyd edib ki, Dövlət Departamentinin ölkəmizə qarşı yürütdüyü ikilistandartlar siyasətinə baxmayaraq biz NATO-nun etibarlı tərəfdaşı kimicıxış etməkdə davam edirik və Əfqanıstanda bizə həvalə olunmuş missiyanıuğurla yerinə yetiririk”.
Müdafiə Nazirliyinin yaydığı məlumatda daha sonra bildirilirdi: “Birilə yaxındır ki, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidəolunur. ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı münasibətdəqeyri-konstruktiv siyasətinə baxmayaraq Azərbaycan bütün dünyaya özününnailiyyət və müvəffəqiyyətlərini nümayiş etdirir. Dövlət Departamentitərəfindən provokasiya xarakterli yazılar və fəaliyyətlər Azərbaycana1-ci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə, sabit iqtisadiinkişafa nail olunmasına, bütün dünyadan olan jurnalistlərə və ABŞDövlət Departamenti qonaqlara ölkəmizdəki demokratiya və azadlığı özgözləri ilə görmələrinə imkan verilməsinə mane ola bilmədi. Bütün bunlarbizim Silahlı Qüvvələrin döyüş qabiliyyətinin real yüksəldilməsifonunda baş verir”.
“Danışıqların sonunda N.Sadıkov Azərbaycan Respublikası MüdafiəNazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə,bizim hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazırolduğunu bəyan edib. Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundansonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıqplanlarının yerinə yetirilməsinə mane olması cəhdlərinintəkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuşplanların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına vəölkələrimiz arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın daha yüksəksəviyyəyə qaldırılacağına ümüdini ifadə edib”, – deyə Müdafiə Nazirliyibəyan edirdi.
Nəcməddin Sadıkovun bəyanatından sonra proseslər maraqlı məcradacərəyan etməyə başladı. Sanki rəsmi Bakı ABŞ-la hərbi əməkdaşlığı tamdayandırmağa, şərtlərinin yerinə yetirilməsində israr etməyə tərəddüdedirdi. Bir tərəfdən ABŞ-la Azərbaycan arasında siyasi gərginləşmə davamedir, Vaşinqtondan, Dövlət Departamentindən Azərbaycan hakimiyyətiniölkədə siyasi azadlıqları təmin etməyə, siyasi məhbusları azadlığaburaxmağa yönəlik kəskin bəyanatların ardı-arası kəsilmir, digərtərəfdən isə ABŞ-ın yüksək hərbi siyasi dairələrini təmsil edənlərAzərbaycana səfərlər edirlər. Ötən il noyabrın 7-də müdafiə naziri ZakirHəsənov Bakıda ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi cənab ReymondMaybusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Rəsmi məlumatagörə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlımissiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq vəqarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər müzakirə olunub.
Daha sonra, bu ilin yanvarın 13-də Zakir Həsənov ABŞ-ın MilliTəhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan iləgörüşüb. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycanhərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlufəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə dəqarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olundu.
Sonuncu dəfə isə martın 18-də ABŞ-ın Oklahoma ştatının MilliQvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub. MilliQvardiyanın Quru Qoşunları komandanı, briqada generalı Hopper Smitinrəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.Keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələringenişləndirilməsi, regional təhlükəsizlik sahəsində əməkdaşlığın daha dagücləndirilməsi, eləcə də ABŞ və NATO ilə qarşılıqlı uyarlılıqsəviyyəsinin inkişaf etdirilməsi və digər istiqamətlərdə ikitərəflitəcrübə mübadiləsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.“ABŞ-ın nümayəndə heyəti səfər çərçivəsində aviasiya bazasında olub.Qərargah və döyüş növbətçiliyinin aparılması, start-komanda məntəqəsi,silahlanmada olan döyüş aviasiya vasitələri ilə yaxından tanış olanqonaqlar şəxsi heyətin sosial-məişət şəraiti ilə də maraqlanıblar.Nümayəndə heyətinin üzvləri uçuş və texniki heyətlə görüşüb, MiQ-29döyüş təyyarələrinin təlim uçuşlarını izləyiblər”, – deyə rəsmiməlumatda bildirilir.
Nəzərə almaq lazımdır ki, Okhlahoma heyətinin gəlişi EUCOM-un DövlətTərəfdaşlıq Proqramı çərçivəsində baş verir və ümumilikdə bu proqramAzərbaycan da daxil olmaqla 22 dövləti əhatə edir. Bununla da son birhəftə ərzində Birləşmiş Ştatların Müdafiə Departamentinin EUCOM xəttiilə 3 ölkə – Azərbaycan, Gürcüstan və Moldova ilə hərbi-siyasidanışıqlar apardığı məlum olur. O da istisna deyil ki, bu danışıqlardamətbuata ötürülməyən məsələlər var. Amma, rəsmi açıqlamalardan da beləgörünür ki, hazırda Birləşmiş Ştatların postsovet ölkələri, xüsusilə dəRusiya ilə sərhəddə və ya onun bu və digər formada təcavüzünə məruzqalan ölkələrlə əməkdaşlığında xüsusi mərhələ başlayır. Neftinqiymətinin düşməsi, iqtisadi böhran nəticəsində zəifləyən Rusiya birneçə il öncənin Rusiyası kimi hadisələrə çevik və kəskin reaksiya verəbilmir.
Vaşinqtonda nə müzakirə olunub?
Diplomatik mənbələr bildirir ki, bu ilin fevralına qədər rəsmi BakıNəcməddin Sadıkovun ötən ilin yayında bəyan etdiyi tezisləritəkrarlamaqda davam edib. Təxminən “siz bizim siyasi durumumuza, daxilivəziyyətimizə qarışmayın, biz də əvəzində sizinlə hərbi əməkdaşlıq edək”kimi səslənən bu tezis çox keçmir ki, rəsmi Bakının gündəliyindənçıxarılır. Neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranmışhərtərəfli böhranla, o cümlədən ordu quruculuğu sahəsində maliyyəproblemləri ilə üzləşən Azərbaycan hakimiyyəti mövqeyini yumşaltmağaməcbur olur. Verilən məlumata görə, bu ilin fevralında Azərbaycanhakimiyyəti ABŞ-la hərbi əməkdaşlığın “donunu açmaq” niyyətinidiplomatik kanallarla Vaşinqtona göndərib. Situasiya isə ötən ilinyayındakı durumdan fərqlidir: artıq Azərbaycan hakimiyyəti ABŞqarşısında hər hansı şərt qoymur.

“Birləşmiş Ştatlarda Bakıdan göndərilən mesajı diqqətlə araşdırıblar,lakin Azərbaycandakı siyasi problemlərin həllinin vacib olduğunubildiriblər. Çox keçmir ki, rəsmi Bakı siyasi məhbusların bir hissəsiniazadlığa buraxır və ardınca Birləşmiş Ştatlarla hərbi əməkdaşlıqsahəsində ciddi niyyətini bir daha bəyan edir. Nəticədə isə ilkin olaraqVaşinqtonda general-mayor Hüseyn Mahmudovun rəhbərlik etdiyi MN və XİNnümayəndələrindən ibarət nümayəndə heyətini qəbul etməyə söz verirlər”,– deyə diplomatik mənbə bildirir.
Hərbi mənbələr Vaşinqtondakı görüşün detalları barədə müəyyənbilgiləri bölüşüblər. Azərbaycan tərəfi hərbi-siyasi məsləhətləşmələrdəBirləşmiş Ştatların ekspertlərinin dəstəyindən istifadə edəcəyi barədəilkin razılıq verib. Belə ki, hərbi-strateji qərarların əsaslandırılmasıvə qəbul olunması, təhlükəsizlik problemləri, terrorizmə qarşı mübarizəbarədə informasiyaların mübadiləsinin bərpası gözlənilir. Nəzərəalınmalıdır ki, Azərbaycan tərəfini qəbul edən şəxs – ABŞ Müdafiəkatibinin nümayəndəsi Maykl Karpenter açıq aşkar antiRusiya mövqeyi iləseçilir və o, bu ilin martın 2-də “Amerikanın Səsi” radiosuna verdiyivideo-müsahibədə Rusiyanın Ukrayna ərazlərini işğal etməsi faktını ciddişəkildə pisləyib və Amerikanın Ukraynaya verə biləcəyi hərbi-siyasidəstəkdən xeyli danışıb.
Eləcə də bu günlərdə Gürcüstan və ardınca Moldovada olan amerikaləgeneral Philip Breedlove fevral ayının sonunda etdiyi hesabat xarakterlibəyanatında Rusiyanın postsovet məkanındakı münaqişələrinnizamlanmasındakı dağıdıcı rolundan aşkar şəkildə danışmışdı. “MoskvaAzərbaycana silah satmaqla və Ermənistanda hərbi mövcudluğunu saxlamaqlaregionda qeyri-sabitliyi gücləndirib”, – deyə o bildirmişdi.
Əldə olunan məlumatlardan o nəticə hasil olur ki, Birləşmiş Ştatlarpostsovet məkanındakı bir sıra ölkələrin təhlükəsizliklərinin təminolunması, eyni zamanda onların Rusiyanın mövcud və perspektivtəcavüzundən müdafiə olunması istiqamətində ciddi planlara malikdir. Buplanlar içərisində ikitərəfli və çoxtərəfli, eyni zamanda NATO iləmövcud olan çoxsaylı əməkdaşlıq proqramlarının reallaşdırılması üzrədəstəyin gücləndirilməsi hədəfinin olduğu sezilir.
FTƏP-in reallaşmasında ABŞ dəstəyi?
Hərbi mənbələrin məlumatına görə, hazırda Azərbaycan hakimiyyəti ikimürəkkəb hərbi sual qarşısındadır: postneft dövründə hərbi büdcənişişirdilmiş hərbi ehtiyaclara necə uyğunlaşdırmaq və ikinci ordudahərbçilərin ixtisarını və mülkiləşməni necə aparmaq. Hər iki suallabağlı NATO tərəfinin dəstəyinin olması mümkün hesab edilsə də, rəsmiBakının buna nə dərəcədə razı olacağı sual doğurur.
Böyük ehtimalla indi rəsmi Bakı NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıqüzrə Əməliyyat Planının (FTƏP) yerinə yetirilməsi istiqamətində NATOölkələrinin, xüsusilə də Birləşmiş Ştatların dəstəyindən yararlanmaqxəyalına düşüb. Hazırda rəsmi Bakı bu planın 4-cü mərhələsini yerinəyetirdiyini bəyan edir. 2015-2016-cı illəri əhatə edən 4-cü mərhələsənədi ötən ilin əvvəllərində NATO tərəfindən təsdiq olunmuşdu. MüdafiəNazirliyinin o zaman yaydığı məlumata görə, bu plan çərçivəsində mövcudolan 41 Tərəfdaşlıq Məqsədlərindən 27-si (Ümumi-17, Quru Qoşunları-5,Hərbi Dəniz Qüvvələri-1 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrəaiddir. Müdafiə Nazirliyinin FTƏP-in 2005-2007, 2008-2010 və2011-2013-cü illəri əhatə edən 1-ci, 2-ci və 3-cü mərhələlərinimüvəffəqiyyətlə yerinə yetirilməsinə dair məlumatına baxmayaraq müstəqilekspertlər, eyni zamanda islahatların monitorinqi ilə məşğul olanqərbdəki hərbi mənbələr FTƏP-də nəzərdə tutulan öhdəliklərin bir çoxununümumiyyətlə, yerinə yetirilmədiyini, bəzilərinin isə yarımçıqreallaşdırıldığını qeyd edirlər. Verilən məlumatlara görə, FTƏP-in qəbulolunduğu 2005-ci ildən bu yana sənəddə əksini tapan bir çox öhdəliklərsonradan Müdafiə Nazirliyində təmsil olunan yüksəkvəzifəli generallarınistəklərinə uyğun olaraq yerinə yetirilib. Əsas istiqamətlər: büdcəplanlaşdırması, ştat-struktur dəyişiklikləri, şəffaflıq, hesabatlılıq,mülki nəzarət kimi istiqamətlər yerinə yetirilməmiş qalır. MüdafiəNazirliyinin rəsmi məlumatında “Nazirlik və Baş Qərargah daxil olmaqlaSilahlı Qüvvələrin bütün qoşun növlərinin ştat-strukturu (Q) NATOstandartlarına uyğunlaşdırılıb” göstərilməsinə baxmayaraq, xeyli saydabir-birini təkrarlayan qurumların, vəzifələrin olduğu aşkardır.
Daha bir problem FTƏP öhdəlikləri içərisində əksini tapan HərbiDoktrina, Dəniz Təhlükəsizliyi Strategiyası kimi sənədlərin ictimaimüzakirə olmadan, tələm-tələsik qəbul edilməsi ilə bağlıdır. FTƏP-dəəksini tapan növbəti sənəd – Strateji Müdafiə İcmalı hələ də qəbuledilməyib. Halbuki rəsmi Bakı bu sənədi (onun ilkin mətnininhazırlanmasında NATO və ABŞ hərbi ekspertləri iştirak etmişdi) 2012-ciildə qəbul edəcəyinə söz vermişdi.
Amma əsas məsələ bununla da bitmir. İstər FTƏP, istərsə də digərsənədlər çərçivəsində mövcud olan əməkdaşlıqda Silahlı Qüvvələrdəkorrupsiyanın, yeyintilərin qarşısının alınması kimi konkret öhdəliklərmövcud olmasına baxmayaraq, rəsmi Bakı indiyədək bunları yerinəyetirməkdən çəkinib. Yeri gəlmişkən qeyd edək ki, EUCOM komandanıBreedlove-nin martın 22-24-də Gürcüstan və Moldovaya etdiyi səfərlərdəkorrupsiya və ona qarşı mübarizə əsas müzakirə mövzularından olub vəamerikalı general Gürcüstan və Moldova hakimiyyətlərini ordudakorrupsiyaya qarşı mübarizədə əldə etdikləri uğurlara görə təbrik edib.
Bəs rəsmi Bakı nə edəcək? Orduda korrupsiyaya qarşı mübarizədə ABŞ-ınvə ümumiyyətlə, NATO-nun dəstəyindən istifadə etməyə nəhayət, qərarverəcəkmi? Müşahidələr göstərir ki, bu qəti inandırıcı deyil, böyükehtimalla “orduda korrupsiyaya qarşı mübarizə” əvvəllər olduğu kimi yenədə Azərbaycan hərbi-siyasi hakimiyyətinin inhisarında qalacaq və hərhansı xarici zabitin oraya “burun soxması”na imkan verilməyəcək. Amma oda aydındır ki, bunsuz, Qərbdən hər hansı effektiv dəstək gözləməkəbəsdir. Əgər rəsmi Bakı “pulsuzluq dövrü”ndə Qərbdən yardım almaqarzusuna malikdirsə, o zaman hərbi büdcəni də Qərbə açmalıdır.
Ümumilikdə, araşdırmalar göstərir ki, hazırda baş verən bütünproseslər, rəsmi Bakının bir sıra siyasi məhbusları azadlığa buraxması,hər hansı şərt qoymadan ABŞ-la hərbi əməkdaşlığa başlamaq qərarı,Vaşinqtondakı görüşdə bir sıra mühüm hərbi məsələlərin müzakirəsi vəilkin razılıqlar və s. Azərbaycan prezidenti İlham Əliyevin yaxındaABŞ-a gözlənilən səfərinə hesablanıb. Mətbuatın məlumatına görə, İlhamƏliyevin “Nüvə sammiti”ndə iştirakı gözlənilir və böyük ehtimalla onunayaqüstü olsa da ABŞ prezidenti tərəfindən sorğu-suala tutulma ehtimalıvar. Bu söhbət zamanı tərəflərin tutacağı mövqedən, Azərbaycanın nədərəcədə Qərbə inteqrasiyaya hazır olmasından çox şey asılı olacaq.
Əsas məsələ: Rusiya nə edəcək?
Rusiyanın indiki vəziyyəti sakit müşahidə edildiyi sezilir. Suriyadanqoşunların çıxarılması qərarının ardınca baş verənlər sanki Rusiya üçünməğlubiyyət ssenarisinin işə düşdüyü qənaətini yaradır. Lakinmüşahidələr göstərir ki, belə qənaət yanlışdır və Rusiya postsovetməkanında baş verə biləcək hadisələri qarşılamaq üçün təcavüzkarsiyasətini qəfil gücləndirə bilər.

Rusiyanı narahat edə biləcək məsələlərdən biri Amerikalı generalBreedlove-nin Tbilisidə martın 22-də bəyan etdiyi təlimlərlə bağlı olabilər. Amerikalı general bəyan etdi ki, bu ilin mayında GürcüstandakıVaziani təlim bazasında Gürcüstan, ABŞ və Birləşmiş Krallıq hərbçiləri 3həftəlik Nəcib Tərəfdaş təlimi keçirəcəklər. Bu təlimlər müvafiq NATOcavab Qüvvələrinin imkanlarını ortaya çıxaracaq və ötən ildəkindən dahaböyük və daha yaxşı olacaq. Xatırladaq ki, ötən il ilk dəfə eləVazianidə baş tutmuş təlimdə iştirak edən ABŞ və Gürcüstan hərbçilərininümumi sayı 600 nəfərə yaxın idi. Bu dəfə isə, müxtəlif məlumatlaragörə, iştirakçıların sayı mindən yuxarı ola bilər.

Xatırladaq ki, 2008-ci ildə Rusiya Gürcüstan ərazilərini işğal edənzaman bəyan etmişdi ki, bundan sonra Cənubi Qafqazda, xüsusilə dəGürcüstanda hər hansı 3-cü ölkənin hərbi təlim keçirməsinə gözyummayacaq. Bu baxımdan mayda Gürcüstanda keçiriləcək hərbi təlimlərləbağlı Rusiyanın verə biləcəyi mümkün reaksiya indidən müzakirəobyektidir. Nəzərə almaq lazımdır ki, martın 22-23-də Gürcüstandasəfərdə olan amerikalı general Breedlove Qori şəhərinin yaxınlığınaqədər gedərək Rusiyanın hazırda işğal altında saxladığı gürcüərazilərini yaxından, tikanlı məftil arxasından müşahidə edib. Bununüzərindən Breedlove Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatverərək Rusiyanı işğala son qoymağa çağırıb. Oxşar fikirləri o,Moldovada da səsləndirib və Rusiya tərəfindən dəstəklənən separatizmipisləyib. Moldova səfəri zamanı amerikalı general Milli Ordu təlimbazasındakı “JCET-2016” təlimində iştirak edən Moldova və Amerikalıhərbçilərlə görüşüb. Bu baza ABŞ-ın 1,6 milyon dollarlıq maliyyə dəstəyiilə Qlobal Sülh Əməliyyatları Təşəbbüsü (Global Peace OperationsInitiative – GPOI) çərçivəsində tikilib.
Azərbaycanda bir vaxtlar bir sıra təlim bazaları, eyni zamanda hərbihava limanları, Xəzərdəki müşahidə məntəqələri NATO-nun, ABŞ-ın dəstəyiilə yenilənib. Hazırda Azərbaycan hakimiyyəti ilə ABŞ arasındahərbi-siyasi münasibətlərin necə qurulmasından asılı olaraq anolojipraktik hərbi dəstək davam edə bilər. Amma bunun üçün rəsmi Bakı özününstrateji qərarını açıqlamalıdır: O, kimin yanındadır? Rusiyanın, yoxsaAvroatlantik məkanın?

Cəsur Sümərinli, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri
//Caspian Defense