Xəbər lenti

Pərviz Cəbrayılın yeni kitabı - “Məryəm surəsi”
Sənət06:39 02.09.2019

Pərviz Cəbrayılın yeni kitabı - “Məryəm surəsi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış yazıçı Pərviz Cəbrayılın yeni kitabı nəşr olunub. 
Qaynarinfo xəbər verir ki, "Məryəm surəsi" romanı "Qanun” nəşriyyatında işıq üzü görüb. Hədiyyə Şəfaqətin redaktoru olduğu bu nəşr yazıçının sayca 4-cü kitabıdır. Kİtabın qapaq rəsmi Milanda yaşayan azərbaycanlı rəssam Elay Adama məxsusdur.
Pərvizin ik kitabı - "Öləngi"' 2000-ci ildə nəşr olunub. İkinci kitabı - "Hər sabah yaşam" (Dəfnəli şeirlər) kitabı 2008-ci ildə çap edilib. Üçüncü kitabı - "Ən Yeni ədəbiyyat" seriyasında nəşr olunan "Yad dildə"dir. Bu kitab müəllifə 2011-ci ilin "Nəsimi" kitab müsabiqəsində "İlin romanı" adını qazandırıb. Daha sonra isə "Milli Kitab Müsabiqəsi"ndə (MKM) birinci yerin qalibi seçilib.