Xəbər lenti

Pərviz Həşimli cərimə olunub
Ölkə16:05 19.08.2016

Pərviz Həşimli cərimə olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Gününsesi.info" saytının ötən gün saxlanılan baş redaktoru Pərviz Həşimli cərimə olunub.

Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Pərviz Həşimli və  Zöhrab Muradovun hər biri 50 manat məbləğində inzibati qaydada cərimə olunub. 

Qeyd edək ki, P. Həşimli avqustun 18-də metronun "Gənclik" stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü Zöhrab Muradovla aralarında baş verən insident zamanı saxlanılıb.

Jurnalist Facebook-da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.

Qaynarinfo.Az