Xəbər lenti

Pərviz Həşimlinin həbs müddəti uzadılıb
Ölkə14:55 07.11.2013

Pərviz Həşimlinin həbs müddəti uzadılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Səbail Rayon Məhkəməsində “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının vəsatətinə baxılıb.

Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, həbs müddəti 3 ay uzadılıb. P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qaynar.info