Xəbər lenti

Peskov: Qarabağda söhbət De-yure Azərbaycanın öz ərazisindəki hərəkətlərindən gedir
Siyasət10:20 20.09.2023

Peskov: Qarabağda söhbət De-yure Azərbaycanın öz ərazisindəki hərəkətlərindən gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağda söhbət de-yure Azərbaycanın öz ərazisindəki hərəkətlərindən gedir. 
Qaynarinfo xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Rusiyanı Dağlıq Qarabağın müdafiəsi ilə bağlı öhdəlikləri yerinə yetirməməkdə ittiham edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatına münasibət bildirərək, o qeyd edib: 
"Biz bizə qarşı bu cür qınaqları qəbul etmirik, xüsusən də Ermənistan tərəfinin Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmi tanımasından sonra. De-yure, biz indi Azərbaycan Respublikasının öz ərazisindəki hərəkətlərindən danışırıq. Ona görə də bizə qarşı belə ittihamlar tamamilə əsassızdır. Heç nəyə əsaslanmır”, – Peskov bildirib.
Alpər