Xəbər lenti

Peskov: “Rusiya Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir”
Siyasət16:47 10.07.2023

Peskov: “Rusiya Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir”.
Qaynarinfo "report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
"Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk və bu mövqeyi bölüşürük”, - o vurğulayıb.
Daha əvvəl Qoşulmama Hərəkatı Bakıda keçirilən nazirlər görüşünün yekunlarına əsasən 2024-cü ildə Parisdə təşkil olunacaq Olimpiya Oyunları ilə bağlı xüsusi bəyannamə qəbul edib.