Xəbər lenti

Peskovdan Qarabağ açıqlaması
Siyasət16:18 26.03.2016

Peskovdan Qarabağ açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Rusiya  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün ardıcıl şəkildə səylər göstərir”. 
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
“Qarabağ məsələsinə gəlincə, əlbəttə, belə deyək, bu cür münaqişələrdə hər-hansı tərəfin sərt mövqe barədə bəyanatlar verməsi, xüsusən də, gücdən istifadə edilməklə kömək etməyə hazır olması barədə bəyanatlar verməsi, heç cür irəliləyişə imkan yaratmır”, - deyə Peskov bildirib.      
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət hələlik irəliləyişlə xarakterizə olunmur. Rusiya prosesdə, asta da olsa, irəliləməyə nail olunması üçün qrupla birgə (Minsk Qrupu-red.)  ardıcıl şəkildə səylər göstərir. Hələlik  öyünmək üçün  heç nə yoxdur, lakin yeganə çıxış yolu odur ki, “beşlik” həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratsın”, - deyə o əlavə edib.  (apa)
Qaynar.info